Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (26-09-2022, 08:56)
Xalıqverdinin XALQIN MALINA xəyanəti...

 Haqlı tənqidlərə baxmayaraq, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan ərazilərdə nəzarətsizlik və bilərəkdən gözyumma səbəbindən ekoloji cinayətlər daha da artmaqda davam edir. son günlər dah da intensivləşmişdir. KİV-də yerli-yataqlı göstərilən neqativ hallardan bağlı aidiyyəti qurumların, ilk növbədə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) xəbəri olmamış deyil. Çünki media mənsubları dərc etdikləri tənqidi məqalələrində ehtiva olunan faktları hüquqi qiymət verilməsi üçün müşayiətedici məktublara qoşma edərək hüquq-mühafizə və cinayət təqibi orqanlarına da göndərdiklərini qeyd edirlər.

Məlumatlarda ölkənin müxtəlif regionlarında "yaşıl soyqrım"a rəvac verən əsas vəzifəli şəxslər sırasında birinci olaraq ETSN-nin Meşələrin İnkişafı Xidmətini rəisi Xalıqverdi Hüseynovun adı ucadan çəkilir. Amma nə onun, nə də havadarı kimi təqdim olunan nazir müavini Firdovsi Əliyevin tənqidlərə zərrə qədər də olsa reaksiyaları görünmür.

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Ramin Nəsibov isə “cadugər ovuna” çıxıb və tənqidlərdən nəticə çıxarmaq əvəzinə, barəsində informasiya ötürən hansısa Şəki sakininin ünvanına hədələr səsləndirir. Bildirilir ki, korrupsiyalaşmış mütəşəkkil dəstənin əslində kiçik üzvü olan Ramin Nəsibov ona verilən səlahiyyətdən süi-istifadə edərək Ağsudan Oğuzadək Azərbaycanın ən gözəl və füsunkar meşə massivlərini sanitar qırıntı adı altında məhv etdirərək odunu odun, işlik materialı da parket sexlərinə rahatca "sənədləşdirərək" satmaqla gündəlik qazandıqları on min manat civarında haram gəlirdən öz payını götürməklə, “təyinatı üzrə və səmərəli şəkildə” yuxarı ötürür.

Qeyd olunur ki, Oğuz və Qəbələ rayon prokurorluqları Ramin Nəsibovun barəsində edilən şikayətlərə əhəmiyyət vermir. Ramin kimilərlə birgə harama şərik olan 65 yaşlı məmur Xalıqverdi bəy cavan ağacların kütləvi kəsilərək satılmasından əldə etdiyi milyonları xərcləməyə yer tapmır.

R.Nəsibovun Ağdaşdan tanıdığı, təcili olaraq Qəbələ Regional Meşə Təsərrüfatında əməyin mühafizəsi üzrə müfəttiş vəzifəsinə təyin etdirdiyi və təzə xidməti “NİVA” markalı avtomobillə təmin etdiyi Taleh adlı şəxs isə rəisin “pulyığanı” kimi tanınır. Taleh regionda fəaliyyət göstərən sexlərdən aylıq yığmağa və "qırıntı zonalarından" saxta sənədləşmələrlə meşələrdən ardıcıl daşınan işlik materialların hər yük avtomobili üçün 500-800 manatdan hesablayaraq pulları toplamaqla məşğuldur. Həmçinin qeyd olunur ki, Taleh bəyin əməyin mühafizəsi sahəsində bir gün də olsa mütəxəssis kimi stajı, təcrübəsi yoxdur. Onun daşıdığı vəzifə profili üzrə işçilərə vaxtaşırı təlim keçməsindən də söhbət gedə bilməz.

Korruptiv, daha doğrusu terror planı üzrə meşə sahə rəislərinə əvvəlcə icazə verilir ki, ərazisində olan ən sağlam və işlik material olan hektarlarla ərazi sənəddə qırıntı zonası kimi göstərsinlər (guya ağaclar quruyub və ya xəstədirlər) və ağacların kəsilərək satılmasına şərait yaradılır. Əvəzində hər hektar meşə ərazisi üçün ən azı 10000 manat məbləğ yığılır. Ona görə də sahə rəislərinin heç biri bu gün regional idarə müdiri olan R.Nəsibovun xidməti tapşırıqlarını saymır və eşitmək istəmirlər. Məlumatlarda bildirlir ki, meşə sahə rəislərinin heç biri aylıq hesabatları özləri əlyazma formasında yazıb idarəyə təhvil verəcək qədər savada malik deyillər. Onların əvəzinə bu hesabatlar Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin işçisi Elşad Qafarov və baş mühasib pul qarşılığında öz dəst - xətlərilə yazıb təhvil verirlər.

Xəbər portallarında təqdim olunan informasiyalarda başqa qanunsuzluq faktları da sadalanır:

1. Qəbələ rayonun Həmzəli meşəsində hazırda ən çox fıstıq cinsli ağaclar, məsələn 300 kub - metr həcmdə seqvestr olmaqla saxta sənədləşmə ilə damğalanaraq cəmi 2 nəfər fiziki şəxsə satılmışdır. Çünki Xalıqverdinin 5 avqust 2022-ci ildə keçirdiyi hərracda bu qədər həcmdə işlik materialın 2 nəfərə satılması qanunsuz hesab olunur;

2. Qəbələ rayonunun Yenikənd meşəbəyliyində, konkret olaraq 10 və 11 saylı meşə dolaylarında kütləvi olaraq meşələrin qırılması hazırda da davam edir. Həmin meşəbəyliyin 5 saylı dolayında olan və 40-80 yaşlı şabalıd bağının isə bütün sağlam və cavan ağaclarının demək olar ki, hamısını qanunsuz kəsib damğalayblar və qiymətli işik material kimi sexlərə qanunsuz satıblar. Halbuki, ETSN qiymətli şabalıd ağaclarının ümimiyyətlə qurusunu belə sanitar qırıntı zonasına daxil etmir və kəsməsi qadağandır. 10 və 11 saylı meşə doaylarında isə əsasən sağlam qoz, qovaq və yalınqoz ağacları kütləvi kəsilərək satılır;

3. Oğuz rayonunda Oğuz meşəbəyliyinin Xal-xal meşə dolayındakı Əzmənət meşəsində və Oğuzun özünün meşəsində son bir ildir ki, fasiləsiz olaraq ağaclar qırılıb. Hərçənd, son 2 aydır ki, qanunsuz kəsinti naməlum səbəblərdən dayanıb. Lakin buna baxmayaraq, meşədə külli miqdarda qanunsuz damğalanma izləri vardır;

4. Yenə də Oğuz meşəbəyliyinin Tayıflı meşəsində 37 ədəd iri diametrli qovaq ağaclarını qırma adı altında damğalayıblar. Bunun da işlik material kimi cəmi 17 kub metri qeyd edilir. Cəmi hələlik 8 ədəd ağac kəsilərək, 8 URAL markalı avtomobillə bir qədər əvvəl Qəbələ istiqamətində daşınmışdır. Qanunsuz kəsilməsi nəzərdə tutulan 29 ağac isə mütərinin sifarişi əsasında öz ölüm hökmünü gözləməkdədirlər. Bu qovaq ağaclarını müştərinin sifarişinə uyğun olaraq meşə işçiləri meşədəcə motorlu mişarla düzbucaqlı formasında və uzunluğu 1.3 və 0.62 metr olmaqla doğrayıb yola salıblar. Hazırlanmış materiallar bir və ya iki şəxsə satılır. Hələlik onların adlarını müəyyən etmək mümkün olmayıb;

5. Oğuz rayonun Daşağıl meşəbəyliyinin Bucaq və Muxas meşə dolaylarında son ildə külli-miqdarda ağaclar qırılıb və qanunsuz olaraq damğalanıb. Bu vəhşiliyin qarşısının alınması üçünsə heç bir tədbir görülmür. Doğrudur, yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra ekologiya işçiləri meşə gözətçilərilə birlikdə gözdən pərdə asmaq üçün simvolik olaraq bir neçə 5-6 yüz manat məbləğində cərimə aktları tərtib ediblər, vəssəlam. Yerli ekoloji təhlükəsizlik xidməti əməkdaşlarının verdiyi məlumata görə, Xalqıverdi hakimiyyətə gəldikdən sonra Oğuz və Qəbələ ərazilərində ağacların kütləvi məhv edilməsi çox intensivləşib.

Maraqlı burasıdır ki, ETSN - nin Qəbələdə yerləşən Nəqliyyat Depertamentində qeydiyyatda olan yük avtomobilləri qanusuz olaraq Oğuzda kəsilən ağacların daşınması ilə məşğul olurlar.

Məlumatlarda qeyd olunur ki, Qəbələ Regional Meşə Təsərrüfatı müdiri R.Nəsibov satmaq üçün idarənin həyətinə yığdığı oduncaqları soruşan olanda fiziki şəxslərdən tutulan odunlar kimi qələmə verir və onları biletlə satın almaq istəyən həssas kateqoriyadan olan sakinlərə belə imtina cavabı verir.

ETSN - nin Meşələrin İnkişafı Xidmətini rəisi Xalıqverdi Hüseynovun eyni korruptiv əməllərin həyata keçirildiyi Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənovla da əlbir olaraq elə özünün 13 aprel 2022-ci il tarixli 137/EM saylı əmrini pozmaqla meşə fondu torpaqlarının hektarını 400 manata qanunsuz satışına rəvac verməsi barədə də aldığımız məlumatlar araşdırma mərhələsindədir.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq

Nyus.Azшаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024