Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-09-2022, 17:10)
`İslahatlar` uşaqları təhsilsiz qoyub: "Övladım məktəbə gedə bilməyəcək”

 “15 sentyabr yaxınlaşır, amma mənim övladım məktəbə gedə bilməyəcək”. "Mediatv.az" xəbər verir ki, bu sözləri Qədimova Sevinc Abuzər qızı Bizimyol.info-ya ünvanladığı müraciətdə bildirib. Onun sözlərinə görə, Yasamal rayonunda yaşamalarına və qeydiyyatda olmalarına baxmayaraq, 9 yaşlı oğlu Qafarov Ömər Xəyyam oğlu həmin ərazidəki 20 nömrəli məktəbə qəbul edilmir. Səbəb isə məktəbdə yerlərin dolu olması göstərilir.
“Əvvəl Nizami rayonunda yaşayırdım və övladım da həmin rayon ərazisindəki 32 nömrəli məktəbdə təhsil alırdı. Sonra oğlumla birgə Yasamal rayonuna köçməli olduq. Aprel ayından bəri mən və oğlum Yasamal rayonuna qeydiyyata düşmüşük. Yaşadığımız yer 20 nömrəli məktəbin düz yanıdır.

Şagird yerdəyişməsi ilə bağlı aprel ayında elektron müraciət etdim, növbəyə düşdüm. Lakin yer yox idi. Bu səbəbdən də avqust ayına qədər gözləməli oldum. Avqust ayında yenidən müraciət etdim. Hazırda növbədə birinciyəm, amma 20 nömrəli məktəbdə yer yoxdur.

Bununla bağlı Təhsil İdarəsinə, İcra hakimiyyətinə, Təhsil Nazirliyinə müraciət etmişəm. İcra hakimiyyəti deyir ki, bu iş Təhsil İdarəsi və Təhsil Nazirliyi ilə bağlıdır. Təhsil İdarəsinə isə gedirik, lakin qəbula düşə bilmirik. Mehriban Vəliyevanın qəbuluna düşmək çox qəliz məsələdir. Təsəvvür edin ki, səhər tezdən gedirəm, 5-6 saat gözləyirəm. Bundan sonra məni orada işləyən şöbə müdiri Tural müəllimin növbəsinə yazırlar. Deyirlər ki, 2 həftədən sonra gəl. İki həftə sonra isə qəbul edib deyirlər ki, məktəbdə yer yoxdur.

Təhsil Nazirliyinə də müraciət etmişəm. Bildiriblər ki, başqa məktəbə müraciət edim”. Sevinc Qədimova bildirir ki, o, övladımı tək böyüdür və işləyir. Bu səbəbdən də övladının yaxınlıqda yerləşən 20 nömrəli məktəbdə oxumasında israrlıdır.

“Mənim maddi imkanım yoxdur ki, övladıma adam tutum və onu hər gün məktəbə aparıb-gətirsin. Hər dəfə işdən icazə almalı oluram və bu, mənə ciddi problemlər yaradır. Biz 20 nömrəli məktəbin ərazisində yaşayırıq. Bilirəm ki, övladım bu məktəbə getsə, özü yol keçmədən gedib-gələ biləcək. Hazırda çox çətin vəziyyətdə qalmışam. Ayın 15-i dərs başlayır və mən övladımı Nizami rayonunda yerləşən məktəbə apara bilməyəcəm”.

Sevinc xanımın bacısı Qədimova Xuraman Abuzər qızı isə bildirir ki, Bakı İnzibati məhkəməsinə müraciət ediblər. “Cavabdeh olaraq, Təhsil Nazirliyi, Bakı Baş Təhsil İdarəsi və 20 saylı məktəbi qoymuşuq. Neçə aydır ki, Yasamal rayon İcra hakiminə, ərazi üzrə millət vəkilinə, 20 nömrəli məktəbin direktoru Esmira xanıma, Bakı Baş Təhsil İdarəsinin müdiri Mehriban xanıma, Təhsil nazirinə həm elektron, həm də poçt vasitəsi ilə məktublar göndərmişik. Bundan əlavə qəbullara da getmişik”.

Xuraman xanımın sözlərinə görə, sözügedən 20 nömrəli məktəbdə təhsil alan şagirdlərin əksəriyyəti ərazi üzrə yaşamırlar və bu səbəbdən də məktəbdə yer yoxdur. “Bizə deyirlər ki, başqa məktəbə müraciət edin. Niyə bu ərazidə yaşamayan şagirdlər həmin məktəbdə təhsil almalıdır, amma məktəbin həyətindəki binada yaşayan sakin uşağını uzaqda yerləşən məktəbə aparmağa məcbur olmalıdır?

Bacım tək anadır. Onun ailəsində ikinci işləyən insan yoxdur. Övladını hər dəfə məktəbə aparıb-gətirmək üçün işdən icazə almalı olur. Bu səbəbdən də işində problemlər yaşanır”,-deyə şikayətçi bildirir.

Bizimyol.info olaraq, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. İdarədən bildirdilər ki, ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi ilə 2019-2020-ci tədris ilindən etibarən şagirdlərin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçirilir.

“Müraciət edən vətəndaşın sorğusu araşdırılıb və məlum olub ki, 32 nömrəli tam orta məktəbin 3e sinif şagirdi Ömər Qafarov şagirdlərin elektron yerdəyişmə sistemində qeydiyyatdan keçirilib, 20 nömrəli tam orta məktəb-liseyin 3g sinfi üçün növbəyə yazılıb. Lakin yay dövrü şagird hərəkəti zamanı həmin sinifdə yer yaranmadığı üçün (yəni həmin sinifdə təhsil alan şagirdlərdən çıxan olmadığından) şagirdin növbəsi sorğuya çevrilməyib.

Hazırda hesabat dövrü ilə əlaqədar şagird yerdəyişməsi sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılıb. Qeyd edilənləri nəzərə alaraq, vətəndaşa oktyabr ayında yenidən saytında sorğu yerləşdirmək (yer olmadığı halda növbəyə yazılmaq) tövsiyə edilir”,- deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, müraciətlə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də sorğu göndərilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024