Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (14-12-2021, 09:26)
Gəncə təhsilindən DAHA BİR MÜRACİƏT... - 25-ci dəfə...


 Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, Azərbaycan Yazıçılar Jurnalistlər Aşıqlar birliyinin üzvü, “Qızıl qələm” laureatı mükafatçısı, Şair, 8 şeir kitabının müəllifi Həsənov İlham Musa oğlu ölkə başçısına 25-ci müraciətini ünvanlayıb. Bir nüsxəsi də Mediatv.az-a göndərilən müraciətdə narazı təhsil işçisi ölkə başçısına məktubunun çatmamasından, şikayətinin yetişməməsindən də giley edir.

Müraciətdə deyilir: "Azərbaycan Respublikası Təhsil Nazizirliyində bir qisim məmurların gözlərində el üzünə Ulu öndər rəhmətlik Heydər Əliyevin quruca adı qalıb. Sanki bu məmurlar öz çirkin əməlləri və öz mənfur hərəkətləri ilə açıq-aşkar deyə bilməsələr də bizlərə onu demək istəyirlər ki, elə Heydər Əliyevi sevdiyinizə görə, onu dəstəklədiyinizə görə bu gün çöldə qalmısınız. Bunun da məntiqi davamı kimi Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev isə Gəncə şəhərinə yayıb ki, “İlham müəllim demir ki, Heydər Əliyevin dostuyam, qoy onda getsin Heydər Əliyevin yanına Heydər Əliyev ona kömək etsin. Məhz Heydər Əliyevçi olduqlarına görə mən nə İlham Həsənova nə də Valeh Hüseynova iş verməyəcəyəm.” İmkanım qədər çalışacağam ki, onların yenidən işə qaytarılmasına maneəçilik törədəm.
İndi bizi qınamayın biz bu adamlara nə ad verək. Bu necə yanaşmadı? Amma bu adamlar bilməlidi ki, biz bundan sonra işləməsək də, Heydər Əliyev ideyalarından dönən deyilik. Çünki, Heydər Əliyev bizim amalımız, bizim idealımız, bizim güc-qüvvətimiz və ən başlıcası bizim qibləmizdir. Onun oğlu prezident İlham Əliyev isə bizim arxamızdır. Qoy bunlar nə düşünür düşünsünlər. Bunlardan başqa heçnə gözləmək olmaz. İndi mən Emin Əmrullayevi 100% tanımasam da, amma Anar Qədiməliyevlə, Təhsil Nazirliyinə işləyən, kənd təsərrüfatı işçisi Orxan Abbasovu mənim qədər tanıyan 2-ci adam yoxdur. Bu adamlar sırf müxalifətçidirlər. Arxalarında da Muxtar Məmmədov durur. Emin Əmrullayev isə sadəcə olaraq üzə düşüb və bunlara gücü çatmır. Adama sual verərlər: “mənimlə Valeh müəllimi 65 yaşı bəhanə edib işdən çıxardırdınız. Sağolun ! Bəs onda Gəncə şəhərində bizdən qat-qat aşağı olan bütün parametrləri ilə geridə qalan 5 nömrəli məktəbin direktoru Bəhram İmranovu nə üçün saxladınız? Nəyə görə ona dəymədiniz? Niyə onu bizdən fərqləndirdiniz? Niyə? Niyə? Niyə?” bu suala cavab verin. Niyə onunla 4 dəfədir müqavilə bağlayırsınız? Ona görə ki, onun güclü adamı və pulu var. Emin Əmrullayev bəs sən niyə respublikanın digər şəhər və rayonlarında 75-85 yaşlı 300-ə yaxın siravi məktəb direktorlarını işdə saxlayırsan? Bəs bu hərəkətlərinizdən utanmırsınız? Fikirləşmisiniz ki, ölkə prezidenti bir gün bunu sizdən soruşacaq? Sizin Gəncə təhsilindən xəbəriniz var ki, Gəncə təhsili nə günə düşüb. Gəncə təhsilini qabağına qoyub ağlayan lazımdır. Bu belə də olmalıdır. Kənd təsərrüfatı işçisi məktəbdən, təhsildən xəbəri belə olmayan Anar Qədiməliyevdən başqa nə gözləmək olar. 2-cisi adama sual verərlər. “ nəyə görə SOROS-un adamı bu vətəni, dövləti sevməyən adam, əsgəri xidmətdə olmayan, vətən borcunu yerinə yetirməyən adam təhsil müdiri olmalıdır. Axı təhsilimiz millətin gələcəyidir. Bu məsələ çox ciddi məsələdir. Bu məsələ Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovu da düşündürməlidir. Ona görə ki, haqsızlıqlar, qanunsuzluqlar baş alıb gedir. Təhsil idarəsinə müdir qoy normal bir pedaqoq işçi təyin etsinlər. Onda bu hal hamımızın ürəyincə olar. Bir də mən dəfələrlə qeyd etmişəm ki, bu müxalifətçilərlə mənim ən çox inandığım, ən çox güvəndiyim, ən çox hörmət etdiyim, şəxsiyyət kimi pərəstiş etdiyim hörmətli Əli Nağıyev çox ciddi məşğul olmalıdır. Allaha and olsun ki, bu gənclər gələcəyimiz üçün çox təhlükəlidir. Mən bunu görürəm. Ümumiyyətlə bizim 1 düşmənimiz var. O da ermənidir. İndi siz təsəvvür edin ki, Anar Qədiməliyev və Orxan Abbasov ermənidən betərdir. Çünki, təhsilimizi düşünülmüş formada, bilə-bilə dağıdırlar. Cənab Prezident yuxarıdakıları nəzərə alaraq bir daha sizdən xahiş edirəm ki, mənimlə Valeh müəllimi işdən uzaqlaşdırılması məsələsinə çox diqqətlə yanaşılıb, bu işlərin obyektiv araşdırılmasına və bizim hüquqlarımızın bərpa olunmasına köməklik göstərəsiniz. Biz bu yoldan dönməzik ve birdə boğazımıza qurğuşun töksələr belə Heydər Əliyev yolundan dönmərik. Qoy bunu bütün düşmənlərimiz bilsin. İnanıram ki, yalnız sizin sayənizdə həqiqətə qovuşub qalib gələcəyik. Bu düşmənlər bizi heç vaxt istəyə bilməzlər, çünki, biz bunlara xeyir eləmirik".

İddia olunanlarla bağlıbütün maraqlı tərəfləri dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024