Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması, yeni məktəb tikintisinin geniş vüsət alması xüsusilə diqqətəlayiqdir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. Amma təəssüflə qeyd etmək istərdik ki, Nəsimi rayonundakı 211 nömrəli məktəbdə təhsil gerçəkləri heç də günümüzün reallıqlarını əks etmir. Çünki direktor Həcər Mahmudova orada öz qanunlarını tətbiq edir, təhsil-məktəb münasibətlərini özü tənzimləyir.
Hələ iki il öncə, Həcər Mahmudovanın vəzifəfəsinə başlar,başlamaz 211 saylı örta məktəbdə qoyduğu qaydalar barədə dövrü mətbuatda da çox yazılıb. Onun rus dili bölməsinə uşaqları hansı qaydada götürməsi barədə yazırlar ki, hər il olduğu kimi, bu ildə sünii problemlr yaranıb. Nəticədə valideyinlər rus bölməsi üçün direktora yalvarmalı olublar. Həm yalvarırlar, həm də direktorun yaxın adamlarına tələb olunan pulu verdikdən sonra uşaqlarını məktəbə qəbul etdirirlər. Bundan əlavə direktor Həcər xanim 5-ci mikrorayon ərazisində yerləşən orta məktəbə ərazi va rayon aidiyyatını pozaraq Xırdalandan, Masazırdan, Hökməlidən və sair aidiyyatı olmayan ərazilərdən müəyyən miqdar pul nəticəsində rəhbəri olduğu təhsil ocağına uşaq qəbul edir. Mikrorayonda yaşayan uşaqlar isə evlərinin yanında olan məktəbə qəbul oluna bilmirlər.
Dərsə davamiyyət zəifdir, nəzarət aşağı səviyyədədir, laqeydlik var, direktor və müavinləri, o cümlədən müəllimələr lazımınca şagirdlərlə maraqlanmırlar. Bu da deməyə əsas verir ki, məktəbin rəhbərliyi işinə kifayət qədər məsuliyyətli yanaşmır. Əslində yeni tədrisin başlanmasından qısa müddət sonra direktordan növbəti şikayət dalğası da məhz nəzarətizliklə bağlı idi. Hələ sentyabr ayından Nəsimi rayonu Akif Abdullayev adına 211 saylı orta məktəbin ibtidai sinfində təhsil alan şagirdlərin valideynləri növbəlilik məsələsindən şikayətçi olduqlarını dövrü mətbuata açıqlamışdılar. Bir qrup valideyn müraciətlərində ibtidai sinifdə oxuyan övladlarının ikinci növbəyə keçirilməsinə və yuxarı siniflərlə bir korpusda olmalarına etiraz ediblər. Rəsmi ərizə ilə məktəbin direktoru Həcər Mahmudovaya, eləcə də Bakı Şəhər Təhsil İdarəsinə müraciətlər ünvanlasalar da, faydası olmayıb.
Məktəbdə intizamsızlıq halları baş alıb gedir. Direktora yaxın müəllimlərin günlərlə dərsə gəlməməsi, davamiyyətin olduqca aşağı olması və s. kimi faktlar da diqqətdən kənarda saxlanılmamılıdır. Bütün bunlar təkcə 211 saylı məktəbin nüfuzunu aşağı salmır, bu həm də Azərbaycan təhsilinə ciddi zərbədir. Ümumiyyətlə, Həcər Mahmudova direktoru olduğu 211 saylı məktəbdə formalaşdırdığı idarəetmə sistemi bir yenilikdir ki, buna Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da bir münasibət bildirməlidir. Gənc, islahatçı nazir Emin Əmrullayev də həmçinin. Çünki hər yeni direktor bir idarəetmə üsulu tətbiq edəcəksə, onda təhsil necə olacaq? Əgər Emin Əmrullayev təhsil sisteminin idarə olunmasını bu şəkildə davam etdirəcəksə Həcər Mahmudova kimi direktorlar da öz idarəetmə metodları ilə gənc nəslin gələcəyi ilə çox oynayacaqlar.
Aktualinfo.org
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024