Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (5-10-2021, 10:40)
Təhsil sistemimizdə BİABIRÇI MƏNZƏRƏ... - NAZİRİN NƏZƏRİNƏ...

 




Məlumdur ki, bugünə kimi təhsilimizin inkişaf etdirilməsi məqsədilə əsaslı islahat proqramları həyata keçirilsə də, hələ də bu sahənin inkişafına yetərincə nail olmaq mümkün olmamışdır. Bu baxımdan, hal-hazırda ölkəmizin təhsil sahəsində də ciddi problemlər var və onların həlli zərurətə çevrilib. Problemlərin əmələ gəlməsində başlıca səbəb, istər təhsil sistemində tənzimləmənin, istərsə də idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən olunmamasıdır. Unutmaq olmaz ki, problemlərin həll olunması ölkəmizin davamlı inkişafı üçün başlıca şərtdir. Belə bir səbəbdən də, ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdədir. Bu yöndə lazımi addımların atılmasına baxmayaraq, hələ də bəzi vəzifə sahiblərinin səriştəsizliyindən, daşıdıqları vəzifələrinin məsuliyyətini yetərincə hiss etmədiklərindən və digər səbəblər üzündən, əksər təhsil müəssisələrində olmazın olaylar yaşanır, hər cür hoqqalara qol qoyulur. Belə təhsil ocaqlarından biri də, Bakı şəhəri, Xəzər rayonu, Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbdir.

Redaksiyamıza daxil olan məlumatlara görə, adı çəkilən bu təhsil ocağında direktor vəzifəsini Nəsimi Nəsirov icra edir və bu şəxsin yaxın qohumu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin informasiya təminatı şöbəsinin müdir əvəzidir.

Qeyd edək ki, Təhsil Nazirinin F-399 nömrəli əmri var və bu əmrdən irəli tələblərdə qeyd olunur ki, məktəbəqədər hazırlıq qrupu 4-cü sinif müəllimlərinə, hansı ki, diaqnostik balı yüksək olan müəllimlərə verilməlidir. Belə bir əmrin olmasına baxmayaraq, 256 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edən Nəsimi Nəsirov isə, düşünüb-daşındığı addımını atır. Yəni o, əvvəlcə sistemdə qrupu 4-cü sinif müəlliməsinin adına açır. Elə ki, həmin müəllimə ailə vəziyyətinin çətinliyi və digər səbəblər üzündən adına açılmış qrupundan imtina edir, o halda direktor əvəzi vəzifəni daşıyan bu şəxs, qrupu 3-cü sinif müəlliməsinin adına açır. Çox keçmir ki, 3-cü sinif müəlliməsi direktorun bu cür qanunsuzluq əməli haqda məlumatlı olur və o da, adına açılmış qrupdan imtina edir. Elə ki, valideyinlər bu haqda xəbərdar olub narazılıqlarını ifadə edirlər, o halda rəhbərlik “Sistemdə səhv baş verib, qrup Şəlalə Vəliyevanın adına açılacaq” deyə vəd verir və bu cür addımını atmaqla, bir növ valideyinləri müəyyən müddətə sakitləşdirə bilir. Bir qədər vaxt keçdikdən sonra isə, Nəsimi Nəsirov məktəbəqədər hazırlıq qrupunu 1-ci sinif müəlliminə verir. Elə ki, 4-cü sinif müəlliməsi Şəlalə Vəliyeva 256 nömrəli tam orta məktəbə rəhbərlik edən şəxsin qanunsuzluğa söykənən əməlləri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edir, məktəb rəhbərliyi həmin vaxtdan da onunla prinsip aparmağa başlayır. Hətta, Nəsimi Nəsirov “Mən qrupu istədiyim müəllimə verə bilərəm, kənardan müəllim də gətirə bilərəm” deyir və bu cür danışığı ilə kollektiv üzvləri arasında qıcıq da yaradır. Əslində belə bir addımın atılması həm təhsil haqqında Qanunla, həm də Təhsil Nazirinin F-399 nömrəli əmri ilə ziddiyyət təşkil edir.

Dəryaz qəzetinin redaksiyası olaraq bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, 4-cü sinif müəlliməsi Şəlalə Vəliyevanın ailəsi məcburi köçkün ailəsidir və onların ailəsində Qarabağ müharibəsi veteranı, həmçinin DİN-nin 1-ci qrup əlili olan şəxs var. Yəni, həmin şəxs adı çəkilən bu xanımın ailə üzvləri ilə eyni mənzildə yaşayır. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, məktəbəqədər hazırlıq qrupunun 4-cü sinifin müəlliməsi Şəlalə Vəliyevaya verilməməsinin kökündə, məhz onun 256 nömrəli tam orta məktəbə rəhbərlik edən Nəsimi Nəsirova “haqq-hesab” çatdırmaması olur. Çünki, rəhbərlik həmin qrupu pulun müqabilində məktəb müəllimlərinin hər birinə təklif edir. Bu da onu söyləməyə əsas verir ki, bu təhsil ocağında “kolxoz qanunları” hökm sürməkdədir. Digər tərəfdən, Nəsimi Nəsirovun bu cür addımları məcburi köçkün ailəsinə, həmçinin Qarabağ müharibəsi veteranı və DİN-nin 1-ci qrup əlilinin də yaşadığı ailəyə bəxş etdiyi “əvəzsiz hədiyyə”dir.

Düşündürücü hal odur ki, Şəlalə Vəliyevaya belə bir qanunsuzluq əməli ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, daha dəqiq desək sektor müdiri Fuad Babayevə müraciət etsə də, adı çəkilən vəzifə sahibi “Direktor qanunsuzluq edib” deməklə kifayətlənib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili nəzarət şöbəsinin əməkdaşı Sərxan müəllim isə “Direktorun əməli ilə bağlı yuxarıya məlumat vermişəm” deyir. Bu qurumun vəzifə sahiblərindən olan Əfqan müəllim isə, “Mən dəfələrlə Nəsimi Nəsirovun yerində olmadığını rəhbərliyə çatdırmışam” deyir. Şəlalə Vəliyeva 14 avqust 2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın qəbulunda olur, o halda rəhbərlik “Mənim belə bir işlərdən xəbərim yoxdur və 22 diaqnostik bal toplayan müəlliməyə qrup verilməməsi ilə bağlı qərar yoxdur” cavabını verir. Əldə etdiyimiz müəyyən məlumatlara, tərəfimizdən apardığımız araşdırmalara görə hal-hazırda Bakı şəhərindəki təhsil müəssisələrində 12 diaqnostik bal toplayan müəllimələrə qrup verilib.

256 nömrəli tam orta məktəbdə baş verən bu cür qanunsuzluqlar onu söyləməyə əsas verir ki, direktor vəzifəsini icra edən Nəsimi Nəsirov, bu gün də təhsil haqqında Qanunu və Təhsil Nazirinin F-399 nömrəli əmrini saya salmır və onları əhəmiyyətsiz sənəd hesab edir. Digər tərəfdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində vəzifə sahibi olan şəxslərin isə ümumi qənaətləri belədir ki, əgər İnformasiya Təminatı şöbəsinin müdir əvəzi ərizələrin onlara çatmasına imkan verərsə, o halda hər bir şikayət ərizəsini yerində araşdırmaq mümkün olar. Deməli, Nəsimi Nəsirovun Bakı Şəhəri üzrə Təhsil İdarəsi İnformasiya təminatı şöbəsinin müdir əvəzi ilə düzüb-qoşduğu işbirliyi, hər cür qanunsuzluqların baş verməsinə yollar açır. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra təhsil naziri cənab Emin Əmrullayev, nəzər-diqqətini 256 nömrəli tam orta məktəbdə yaşanan biabırçılıqlara da yönəldəcək və problemlərin araşdırılması üçün, aidiyyatı qurumlara lazımi tapşırığını da verəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024