Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (17-07-2020, 15:23)
Yeni təhsil naziri kim olacaq? - ADLAR


Yeni təhsil naziri kim olacaq?
Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün təhsil naziri Ceyhun Bayramov vəzifəsindən azad edildi.

İki il öncə bu posta təyin edilən Bayramov artıq XİN-ə rəhbərlik edəcək. C.Bayramovun gözlənilməz təyinatından sonra bir anda ölkənin əsas müzakirə mövzularından biri təhsil naziri postuna kimin təyin ediləcəyi oldu. Məsələ media və sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrildi. Artıq bu postu tuta biləcəyi ehtimal edilən şəxslər də var. Yeni nazir kimi ölkənin təhsil sistemində aparıcı rola malik olan müxtəlif peşəkar şəxslərinin adları hallanır. Bəs siyahıda kimlər var?

Bu posta ən real namizəd kimi adı güdəmdə olan şəxs Ədalət Muradovdur. Təhsil sahəsində ən uğurlu və peşəkar kadrlardan biri hesab edilən Ə.Muradov uzun illərdir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorudur. Məhz onun sayəsində ali məktəb yeni standartlara uyğun şəkildə qurulub, təhsil sistemində nəzərə çarpan irəliləyişlər edilib. Onun rəhbərlik etdiyi universitetdə daha sağlam mühit formalaşdırması da bu posta seçilməsinə əsas verən amillərdən biri ola bilər.

Ən çox adı hallanan şəxslər sırasında təhsil nazirinin müavini Firudin Qurbanovun da var. O uzun illər ölkənin müxtəlif nazirliklərində aparıcı vəzifələrdə çalışıb, o cümlədən pedoqoji fəaliyyətlə məşğul olub. F.Qurbanov Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi, Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan, Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi, Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri, Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. 2014-cü ildən isə təhsil nazirinin müavindir. F.Qurbanov bir müddət Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini də icra edib. O, Mikayıl Cabbarov və Ceyhun Bayramov ən yaxın kadrlarından hesab edilir.

Təhsil Nazirliyindəki mənbələrin isə daha bir namizədi var. Söhbət adı nazir postunda otura biləcək namizədlər arasında gedən müzakirələrdə demək olar ki, heç hallanmayan keçmiş nazir Ceyhun Bayramovun digər müavinindən gedir. “BakuPost”un nazirlikdəki mənbələrinin məlumatına görə, bu şəxs nazir müavini Məhəbbət Vəliyevadır. Kariyerasına müəllimə kimi başlayan M.Vəliyeva direktor müavini, lisey direktoru vəzifəsindən nazir müavinliyinə kimi yüksəlib. “Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülən M.Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də rəhbərlik edib. O iki ildir ki, nazir müavini postunda çalışır.

Ölkənin ən əhəmiyyətli qurumlarından birinə rəhbərlik edəcək şəxsin adının ən yaxın günlərdə elan ediləcəyi gözlənilir. Ancaq ötən gündən boş qalan bu posta təyinatın öncəki illərdə təhsil naziri kimi çalışan Mikayıl Cabbarov və Ceyhun Bayramovun tövsiyyələri əsasında baş tutacağı istisna edilmir.
Ümid edək ki, kimliyindən asılı olmayaraq, təyin ediləcək şəxs ölkənin daha parlaq gələcəyi naminə nümunəvi fəaliyyəti ilə tarixə adını yazdıracaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024