Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (6-07-2020, 13:00)
Təhsil ocaqlarında rüşvət pandemiyası yayılıb - İTTİHAM

 Ölkədə Corona virusun tüğyan etdiyi, həyatın bütün sahələrini iflic etdiyi bir zamanda paytaxtın təhsil ocaqlarında rüşvət pandemiyası yayılıb. Rubrika.Az saytına verilən məlumata görə, növbəti tədris ilinin nə zaman başlanacağı sual altında olsa da BŞTİ və məktəb direktorları artıq dərs bölgüsünün haqq-hesabını aparırlar. Diaqnostik qiymətləndirmə nəticələrinin heçə sayıldığı bu bölgüdə əsas meyar puldur. Saytımıza daxil olan məlumata görə normal dərs yükü almaq üçün müəllimlərdən 300 manat və daha çox məbləğdə pul tələb olunur. Alınan məbləğin vur-tut 100 manatı direktorlara çatsa da qalan məbləğ BŞTİ rəhbərliyinin “halal haqqıdır”. Bir çox məktəblərdə narazılıqlar olsa da direktorlar narazıları lokallaşdıra biliblər.

Elə həmin qızıl saatın təsirindəndir ki, M.Vəliyevanın BŞTİ-dəki kadrları müəllimlərə dərs saatlarını qızıl qiymətinə satırlar

Ümumiyyətlə bu gün Azərbaycan təhsilinin acınacaqlı durumu hər kəsə məlumdur. Təhsil nazirliyinin rəhbərliyində hökm sürən hərc-mərclik, qeyri peşəkarların bu sahəyə rəhbərlik etməsi vəziyyəti gündən-günə ağırlaşdırır. Xüsusilə Ceyhun Bayramov və Məhəbbət Vəliyeva arasında davam edən gizlin və amansız mübarizə hər gün yeni çalarlar alır. Rubrika.Az saytına daxil olan məlumatlara görə, M.Vəliyeva Təhsil naziri barəsində mediada “kompromat savaşına” rəhbərlik edir. Nazirin gözdən salınması, barəsində mənfi imicin formalaşdırılması üçün M.Vəliyeva yaxını olan Əli Həsənovun “media taktikası”ndan istifadə edir. Yəqin ki, baş verənlərdə eks media patronunun da əməyi az deyildir.

Yəqin ki, M.Vəliyevanın BŞTİ-nin müdiri təyin olunanda paytaxtın 53 saylı məktəbin sabiq direktorundan dəyəri 20 min manat olan brilyant qaşlarla bəzədilmiş saat alması barədə xəbərlər çoxlarına məlumdur. Bəlkə DTX-nin “qara maskalı” cəngavərləri həmin saatın izinə düşsələr qızıl saat da dil açıb çox mətləblərdən danışa bilər. Elə həmin qızıl saatın təsirindəndir ki, M.Vəliyevanın BŞTİ-dəki kadrları müəllimlərə dərs saatlarını qızıl qiymətinə satırlar.

Azərbaycan təhsilində FETO-çu mütəşəkkil qruplaşma

Azərbaycan təhsilində FETO-çuların təşkilatlanması barədə dəfələrlə həyacan təbili çalınıb. Düzdür, bir çox nazirlik və digər dövlət qurumlarında FETO-çuların dayaqları laxladılsa da, Təhsil nazirliyində hələ də mütəşəkkil qruplaşma kimi fəaliyyət göstərirlər. Rubrika.Az saytının araşdırmalarına əsasən nazirlikdə yüksək vəzifələr tutan 20-dən çox FETO-çu ilə bağlı məlumat əldə etmişik. Bunun nə qədər böyük bir təhlükə olduğunu izah etməyə ehtiyac yoxdur. Necə olur ki, nazirliyin yüksək çinli məmurları və əlaqədar qurumlar bu qədər böyük təhlükənin fərqində deyillər? Məntiqlə düşünmək olar ki, rəhbərlik əksinə onları himayə edir. Yoxsa ölkənin ən strateji nazirliyində bu qədər rahatlıqla təşkilatlana bilməzdilər.

Bu barədə geniş araşdırmamızı yaxın günlərdə sizlərə təqdim edəcəyik.
Rubrika.Az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024