Slayd / Təhsil (27-06-2020, 10:08)
BDU-da karantin qaydaları pozulur
Ölkədə pandemik vəziyyətin gərginləşməsindən sonra karantin tədbirləri yenidən sərtləşdirildi. Artıq martın 3-dən bütün ümumtəhsil və ali məktəblərdə tədris prosesi,kütləvi tədbirlər dayandırılıb. Bütün bu tədbirlər insanların kütləvi yoluxmasının qarşısını almaq, pandemik vəziyyəti nəzarət altında saxlamaq üçündür. Lakin bəzi məsuliyyətsiz şəxslər dövlətin atdığı bütün addımları heçə sayaraq öz bildiklərini edirlər.
Ötən gün Zərdabda bir kənddə 25 nəfərin iştirakı ilə toy mərasiminin keçirilməsi və iştirakçıların 14 nəfərinin cərimələnməsi xəbəri ilə yəqin ki, tanışsınız. Kənd sakinlərini çox da qınamayın,ölkənin ən böyük ali məktəbi olan Bakı Dövlət Universitetində karantin qaydaları çoxdan pozulur. Burda elə qonaqlıqlar, ad günləri keçirilir ki, toy onun yanında «toya getməlidir».
Rubrika.Az saytına daxil olan məlumata görə, iyunun 21-də BDU-nun 2-ci korpusunun 5-ci mərtəbəsində təntənəli bir yeyib-içmək təşkil olunub. Həmin gün universitetin yeni təyin olunmuş mətbuat xidmətinin rəhbəri Günel xanımın ad günü mətbuat üçün qapalı keçirilsə də kifayət qədər şəxs iştirak edib. Həmin mərtəbədə bufet olmasa da studiya otağında böyük stol açılıb və şahanə bir məclis qurulub. Karantin qaydaları, pandemiya BDU-nun 5-ci mərtəbəsinə qədər gedib çıxmadığı üçün səbəbkarın şərəfinə tostlar da deyilib.
Bununla bağlı BDU-nun prorektoru Əliş müəllimlə əlaqə saxladıq və Əliş müəllim məsələdən xəbərsiz olduğunu bildirdi. Daha sonra BDU-nun Jurnalistika fakultəsinin dekanı Vüqar müəllim bizimlə əlaqə saxlayaraq belə bir məclisin olmadığını bildirdi. Vüqar müəlim israrla bildirirdi ki, ümumiyyətlə universitetdə iyun ayı heç kimin ad gününə təsadüf etmir. Lakin sonradan aydınlaşdırdıq ki, məhz iyunun 21-də universitetin yeni Mətbuat xidməti rəhbərinin ad günüdür. Qalır məsələni aidiyyatlı qurumların araşdırmasına. Toyu cərimə edənlər görək ad gününə nə deyəcəklər?
Rubrika.Az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024