Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (Bu gün, 12:03)
İslahatçı obrazıyla vəzifəyə gələn Araz Paşayevin şəxsi mənfəətə yönəlmiş sxemi..

 
Minlərlə təhsil işçisi illərlə çalışıb Həmkarlar İttifaqlarına pul ödəsələr də, ötən yay göndəriş əasasında, istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilməyiblər. Təhsil işçilərinin böyük əksəriyyəti AHİK-in rəhbərliyi dəyişdikdən sonra bu sahədə yeniliklər olacağına ümid edirdi. Ancaq bu sahədə heç bir irəlləyiş nəzərə çarpmadı. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı il ərzində böyük məbləğdə pul toplayır, amma pullar müəllimlərin istirahəti üçün xərclənmir.Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən Həmkarlar İttifaqına üzvlük könüllüdür.Demək olar ki heç bir müəllim Həmkarlar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət etməyib.Onların maaşından aylıq olaraq təxminən 2% tutulur, bu isə illik hesabla təhsil işçilərinin cibindən çıxan milyonlar deməkdir.
 Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə Araz Paşayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə gələndən sonra bu sahədə vəziyyət daha da acınacaqlıdır, o yığılan vəsaiti "isdədiyi kimi xərcləyir".
Qusardakı “Nazlı bulaq” istirahət mərkəzi müəllimlərdən yığılan vəsait hesabına alınmış, amma bu obyekt müəllimlərə yox, rəhbərliyin şəxsi maraqlarına xidmət edir. “Endirimli istirahət” adı altında aparılan oyun, sadəcə bir oyun olaraq qalır.
Araz Paşayev əvvəllər biznes sektorunda  çalışdığından yığılan vəsaiti istədiyi kimi istifadə etməyə çalışır. Onun adı hələ Təhsil Tələbə Kredit Fondunun rəhbəri olduğu dönəmdə böyük məbləğlərlə ölçülən tender əməliyyatlarında hallanıb. Belə ki, “Universitas-İnternational” mədud Məsuliyyətli Cəmiyyətinin Araz Paşayevə məxsus olması haqqında iddialar var.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis, qanuni təmsilçisi kimi isə Mustafayev Ayaz Mustafa oğlu qeyd olunub.Reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev 13A, mənzil 125, qanuni təmsilçisi isə 18.05.2017-ci ildən 01-17-2022-ci ilə qədər Paşayev Araz Nadir oğlu olubdur.
   Mediatv.az-a veriən məlumata görə Araz Paşayev qısa müddətdə böyük kapitala sahiblənib.Bu ruhla da, yeni və daha da yüksək kürsüləri hədəfləyir. Ehtimal etdiyi böyük vəzifəyə indidən "komandosunu" formalaşdırmağa çalışır.Verilən məlumata görə, ittifaqın sədri Araz Paşayevin göstərişi ilə 10 nəfərdən çox işçinin ilə oktyabrın 1-dən etibarən əmək müqaviləsinə xitam verilib. .
  Rəsmi olaraq bu addım “ixtisar” kimi təqdim edilsə də, əslində yeni əməkdaşların işə götürülməsi prosesi aparılır.
İddialara görə, çalışqan, ancaq himayədarı olmayan əməkdaşlar heç bir əsaslandırma olmadan işdən azad olunsa da, bacarığı olmayan, ancaq vəzifəli şəxslərə yaxın insanlar vəzifədə saxlanılırb...
Araz Paşayev “islahatçı” obrazıyla gəldi, nəticə? Eyni talan, eyni mənfəətə yönəlmiş sxem..
Davamı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq

 шаблоны для dle 11.2

Xəbər lenti
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025