Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-07-2022, 13:52)
4 ay əvvəl azadlığa çıxan gömrükçülər yenidən həbs olundu

4 ay əvvəl azadlığa çıxan gömrükçülər yenidən həbs olundu

Rüşvət almaqda ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa çıxan Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları yenidən həbs olunub.

Mediatv.az xəbər verir ki, bu gün səhər Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda hakim Ramin Qaraqurbanlı tərəfindən hökm dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs edilib. Orxan Zöhrabov və Sadiq İsgəndərov barəsindəki şərti cəza qüvvədə saxlanılıb. Barəsində bəraət hökmü çıxarılan Mirağa Ağayev isə yenidən təqsirləndirilən şəxs qismində tanınıb. Ona da şərti cəza verilib və M.Ağayev azadlıqda qalıb. Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.

Xatırladaq ki, gömrükçülər ötən il Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməliyyatı ilə saxlanılmışdı. Onların barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılmışdı. İttihama Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdı. Bu ilin martında çıxarılan hökmlə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verildiyindən birincidən başqa digərləri azadlığa çıxmışdı.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024