Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-07-2022, 18:24)
Cümşüd Nuriyevdən Fazil Mustafaya SƏRT İTTİHAMLAR

 Millət vəkili Fazil Mustafanın sosial şəbəkə hesabından yazdığı "Necə ki, ötən gün diqqət yetirirəm ki, vaxtilə birbaşa rus canişini Polyaniçkonun himayəsi altında deputat seçilmiş birisi ağızdolusu ölkədə "5-ci kolon" təhlükəsindən danışırdı və az qala bütün vətənsevər insanları bu kolonun içinə dürtməyə çalışırdı" fikirləri müzakirələrə səbəb olub.

Bir çoxları deputatın bir fikirlərinin sabiq deputat, politoloq Cümşüd Nuriyevə yönəldiyini bildiriblər.

Xüsusilə də, sabiq deputatın sözügedən statusdan bir gün əvvəl yerli mətbutata verdiyi açıqlamada Milli Məclisdə “5-ci kolon”un nümayəndələrinin mövcudluğu ilə bağlı səsləndirdiyi fikirlər bu ehtimalı daha da gücləndirib.

Mediatv.az xəbər verir ki, Cümşüd Nuriyev məsələ ilə bağlı Bizim.Media-ya münasibət bildirərkən Fazil Mustafanı açıq danışmağa çağırıb:

“Fazil Mustafa parlamentə necə seçilibsə, mən də o cür seçilmişəm. Mən seçiləndə Polyaniçko yox, Ayaz Mütəllibov köməklik edib və ondan fərqli olaraq mən bunu açıq şəkildə deyirəm. Çünki ilk seçkilərdə Ağsunun birinci katibi mənə mane oldu, sonra Bakıdan seçildim. 360 nəfər içərisində mənim seçilməyim o qədər də diqqət çəkməməlidir.

İkincisi, güllə hədəfə dəydiyinə görə, bu qədər narahat olublarsa, olmasınlar. Hamı bilir ki, kim kimin vasitəsilə seçilib. Bunu Milli Məclisdəki “5-ci kolon”un nümayəndələri də yaxşı bilirlər. Vaxtilə Heydər Əliyevi məqalələrilə təhqir edən adam, o vəfat edəndən sonra kimin vasitəsilə düşə bilər parlamentə? Bunu düşünsə yaxşı olar. O, heç də ağzını Allah yolunda qoyub danışmasın. Bir az papaqlarını qarşılarına qoyub düşünsələr yaxşı olar. Onların neçə yerə bağlı olduqlarını xalq da çox gözəl bilir”.

Sabiq deputat əlavə edib ki, o fikirlərində heç də Fazil Mustafanı nəzərdə tutmayıb:

“Ataların çox gözəl bir misalı var, soğan yeməmisən için niyə göynəyir? Mən orada ad çəkməmişdim. Azərbaycanı qarışdırmaq istəyən bir neçə simaları olan adamlar barəsində söhbət etmişdim. Əgər adam özünə götürübsə, bu onun problemidir, mənim deyil. Mən daha çox kommunistləri nəzərdə tutmuşdum, o da özünü həmin cərgədə görürsə, nə deyim. İnsan gərək fikirləşsin ki, nələr danışır. Mən elə şeylər var ki, danışmaq istəmirəm. Ayıbdır”.

Fazil Mustafa isə məsələyə münasibət bildirərkən, yazdığı statusda heç bir ad çəkmədiyini qeyd edib:

“Mən sadəcə işarə vurmuşam ki, “5-ci kolon”dan tez-tez danışanlara diqqət edin. Çünki bu adamların böyük əksəriyyəti “5-ci kolon” xofu yaratmaq tapşırığı aldıqları üçün bu istiqamətdə bütün sahələrdə şübhəçilik toxumu səpməklə məşğuldurlar. Bu kimi məsələrdə parlamenti bu qədər total şəkildə ittiham etməyin heç bir adı yoxdur. Bu istiqamətdə açıqlama verən əksər şəxsləri nəzərdə tuturam. Bu adam özünə şamil edirsə olsun, görünür, ona aid olan nələrsə var. Əgər ad çəkmirəmsə, problemə toxunmağı nəzərdə tuturam.

Bizim siyasi fəaliyyətimiz yetərincə şəffafdır. Bəli, Heydər Əliyevə qarşı ən sərt formada müxalifətdə olan mən olmuşam. O, rəhmətə getdikdən sonra isə yeni siyasi formatda AXCP-dən halallaşaraq ayrılıb, yeni partiya yaradaraq iştirak etmişəm. Parlamentdə təmsil olunmağıma gəlincə isə partiyanın kursuna uyğun olaraq da seçkilərə qatılıb, qalib gəlmişəm”.

Fazil Mustafa Cümşüd Nuriyev bəzi faktları açıqlaya biləcəyi ilə bağlı fikirlərinə də münasibət bildirib:

“Buyurun, açıqlayın. Mən böhtanlara, şantajlara boyun əysəydim, indi ayaq üstə olmazdım. İstənilən qüvvənin qarşısında təkbaşına durmağa hazıram. Arzum budur ki, bu cür şəxslər cəmiyyətdə şübhə toxumu əkəcək addımlar atmasınlar”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024