Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-05-2022, 10:45)
"Altılıq" platformasının gerçəkləşməsi real görünmür - GƏLİŞMƏ

 2021-ci ilin dekabrında yaradılmış 3+3 regional konsultativ platforma tələbat olan və perspektivli mexanizmdir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. O qeyd edib ki, Moskva bu platformadan Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında əməkdaşlığı inkişaf etdirmək üçün fəal şəkildə istifadə etməyi planlaşdırır. Rudenkonun sözlərinə görə, bu cür əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən və qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur:

“Söhbət, ilk növbədə regional çağırışlara cavab tapmaqdan və yaranan problemlərin regionların özləri tərəfindən həllindən gedir. Regionun bütün ölkələrinin bu prosesə cəlb edilməsi, məsələn, İrəvan və Bakı, İrəvan və Ankara arasında ticarət, enerji, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi yolu ilə dialoqun qurulması üçün əlverişli şərait yaradır. Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, yeni çağırış və təhdidlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyətlə bağlıdır”. Onun sözlərinə görə, hazırda formatın ikinci iclasına hazırlıq gedir: “Biz bunu ilin birinci yarısının sonuna qədər həyata keçirməyi planlaşdırırıq”. Xatırladaq ki, mayın 13-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “altılığı” şərh edərkən bu formatın gerçəkləşməsinin çətin olacağını, Azərbaycanın, ilk növbədə, Türkiyə və Gürcüstanla əməkdaşlığa yönəlməli olduğunu bildirmişdi. Dia.az xəbər verir ki, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Şərq”ə açıqlamasında “altılıq” platformasının reallaşmasının olduqca mürəkkəb olduğunu düşünür. Ekspertə görə, mövcud şərtlər daxilində 6 region ölkəsinin vahid platformada əməkdaşlığı qeyri-real görünür:

“Ötənlərdə məlumat yayıldı ki, Cənubi Osetiyada “referendum” keçiriləcək və bölgə Rusiyaya birləşdiriləcək. Bu informasiya Gürcüstan-Rusiya arasında gərginliyin daha da artmasının siqnalı kimi dəyərləndirildi. Rusiyalı rəsmilər Cənubi Osetiyanın birləşdirilməsinin tam tərəfdarı kimi çıxış etdilər. Əgər belə hadisə baş verərsə, “altılıq” platformasının gerçəkləşməsi ehtimalını unutmalıyıq. Cənubi Osetiya və Abxaziya Gürcüstan əraziləridir. Tbilisi bütün gücü ilə çalışır ki, həmin ərazilərini geri qaytarsın. Ukraynadakı prosesləri diqqətlə izləyən Gürcüstan bu məsələdə geri addım atmağı qətiyyən düşünmür. Nəzərə alaq ki, Moskvada keçirilən “3+3” formatlı görüşə Gürcüstan təmsilçisi qatılmadı. Həmçinin, Tbilisi rəsmi şəkildə bildirdi ki, Gürcüstan Rusiya faktoruna görə belə platformalarda iştirak etməyəcək”.

S.Hümbətov vurğulayıb ki, “altılıq” platformasının reallaşması yeni güc mərkəzinin formalaşması deməkdir. Bu isə indiki vəziyyətdə qeyri-mümkündür: “Rusiya Ukrayna ilə müharibə apardığına görə Qərblə, eyni zamanda Gürcüstanla konfrantasiya vəziyyətindədir. Moskva ilə Tbilisi arasında rəsmi əlaqələr yoxdur. Paralel olaraq Türkiyənin də Cənubi Qafqazda nüfuzu artmaqdadır. Ankara tədricən Ermənistana təsir və təzyiq imkanları əldə etməkdədir. Kreml isə özündən savayı bölgədə təsiredici gücə malik başqa ölkə istəmir. Türkiyənin belə platformada yer alması Rusiyaya sərf eləmir.

Moskva Qərbin Gürcüstan vasitəsi ilə bölgəyə nüfuz etməsini, Ermənistana təsir göstərməsini də istəmir. Sadəcə olaraq Moskva regional və qlobal şərtlərin diktəsi altında məcburi “altılıq” platformasını gündəmə gətirir.

Rusiya öz ənənəvi siyasətinə uyğun olaraq zəif düşdüyü anda müəyyən güzəştlərdən, kompramislərdən danışır. Ancaq gücünü bərpa edən kimi verdiyi sözləri unudur. Region dövlətləri bu reallığın fərqindədir. O baxımdan düşünmürəm ki, “3+3” formatı yaxın zamanda reallaşsın. Azərbaycan regional və qlobal istənilən layihədə məmnuniyyətlə iştirak edir və əməkdaşlıqdan çəkinmir. Əlbəttə ki, əsas məsələ ölkəmizin maraqlarının təmin olunmasıdır.

Əgər dövlət maraqlarımıza zidd hansısa hadisə baş verərsə, addım atılarsa, rəsmi Bakı öz mövqeyini ortaya qoyur”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024