Siyasət (9-05-2022, 10:46)
Belə getsə, Ermənistanla üçüncü savaş olacaq

Amma belə getsə, 3-cü Ermənistan – Azərbaycan müharibəsi qaçılmaz olacaq. Bax o zaman artıq döyüş meydanı Azərbaycan ərazisi olmayacaq! Unutmayaq ki, delimitasiya və demarkasiya prosesində Azərbaycan artıq hansı dövrə aid xəritələrə üstünlük verəcəyini elan edib...
Sevdiyim bir çarx var. Bəlkə ona bir də baxaq?! Amma ikili standartlar da var. Xüsusilə Ermənistana münasibətdə. Həqiqətən də cavabını verməyə çətinlik çəkdiyim suallar var. Məsələn, bax Ermənistan bu gün Ukraynanın işğalında ən yaxından iştirak edir. Aqressordur! Onun guya demokratik mahiyyət kəsb etdiyi barədə nağılının sonunda Paşinyan Qazaxıstana Kollektiv Təhlükəsizlik qüvvələrinin yeridilməsi əmri verəndə 3 alma, beş daş, 100-lərlə mərmi düşdü. Nağıl bitmədi? Axı Paşinyan Amerika Birləşmiş Ştatlarının təbirincə desək, Qazaxıstanda baş qaldıran xalq narazılıqlarını boğmaq əmri vermişdi. Baydenin demokratiya sammitindən dərhal sonra! Nədir də bu?
Və ya: bu gün Ermənistan əslində Rusiyadan ötrü arxa cəbhə rolunu oynayır. Sanksiyalardan kənarda qalması ona öz havadarına əla kömək imkanı verir. Axı hamımız görürük ki, bir tərəfdən Ermənistan Ukrayna cəbhəsində Belarusdan sonra Rusiyanın ən yaxın müttəfiqidir. Onun yardımları barədə də danılmaz faktlar var. İkinci tərəfdən də ABŞ Ermənistanı yenə də Kim Kardaşyanın arxası tək qoruyur, sığallayır, əzizləyir! Üstəlik ötən ilin dekabr ayından bəri Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentinin rəhbəri, xarici işlər naziri və başqa erməni rəsmiləri Vaşinqtona gedirlər. Hansısa genosid tanımaqla jest edirlər. Bu davranışın kobud adı çoxdur. Amma korrekt desək, Vaşinqton sadəcə balansı, öz diktə etdiyi prinsipləri pozur.
Amma Ermənistanın artıq 30 il ərzində alət kimi istifadə edildiyini başa düşənlər də var. Elə oyuncaq Paşinyan hakimiyyətinin özündə də bunu başa düşürlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
25 06 2025