Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-05-2021, 16:47)
Tehran sərhəd olayından niyə narahatdır?

Tehran sərhəd olayından niyə narahatdır?
Dünən İranın bir qrup yüksək rütbəli hərbçisi Ermənistana gedib. Məlumata görə, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlıdır. Digər tərəfdən bir neçə gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mojtaba Zolnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, İranın bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədiyini vurğulamışdı.

"Əgər Ermənistan ərazilərinin bir hissəsini almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni, yeni bir problemimiz olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”, – deyə Mojtaba Zolnuri deyib.

Maraqlıdır, Tehranın narahatlığına səbəb nədir? Yaxud, Azərbaycan-İran münasibətləri gərginləşə bilərmi?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında deyib ki, ümumiyyətlə işğalın davam etdiyi son 30 il ərzində İranın Qarabağ məsələsində Azərbaycana qarşı mövqeyi birmənalı olmayıb:

"İran münaqişənin həll olunmamış qalmasını istəyirdi. Azərbaycanın hərbi-siyasi qələbəsi və Ermənistanla sərhəddə demarkasiya və delimitasiya prosesi aparması, həmçinin Zəngəzur dəhlizinin açılması İranı narahat edir. Çünki belə olduğu halda, bu ölkənin Ermənistanla birbaşa sərhəd əlaqəsi müəyyən qədər kəsilir. Ona görə də Tehran Zəngəzur dəhlizinin işə düşməməsinə çalışır.

Zəngəzur dəhlizinin açılması regionda Azərbaycanın müstəqil siyasətini daha da gücləndirəcək, Türkiyənin Cənubi Qafqazda mövqeyini inkişaf etdirəcək. Bu baxımdan artıq iranlı generallar Ermənistana səfərlər edirlər. Onlar bu məsələdə İrəvana istənilən köməyi, xüsusilə hərbi dəstəyi verməyə hazırdırlar. Zəngəzur məsələsi ilə bağlı İran qəti mövqe bildirməyib və pərdəarxasında prosesə mane olmağa cəhd göstərir”.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024