Siyasət (11-02-2022, 20:23)
Ramiz Mehdiyevin həyat yoldaşı 3 ayda 326 min borc ödəyib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevnanın təsisçilərindən olduğu “Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub.
Mediatv.az Yeniavaz.com-a istinadən xəbər verir ki, son 3 ay ərzində “Fireland Vineyards” MMC-nin vergi borcunun təxminən 1/3-i dövlət büdcəsinə ödənilib.
Belə ki, ötən ilin 11 oktyabr tarixində “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu olub. Bu günə olan məlumata görə, “Fireland Vineyards” MMC-nin vergi borcu 125 min 601 manat 9 qəpik təşkil edir.


Onu da qeyd edək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.


Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025