Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (27-12-2021, 12:51)
“Metropoliten”dən daha bir şübhəli tender

 



Bu gün "Bakı Metropoliteni" QSC tərəfindən keçirilən daha bir tender müsabiqəsinin nəticəsi açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Baku Steel Company” MMC (VÖEN- 1501481481) olub.
Tender müsabiqəsinin hansı tarixlərdə keçirildiyi barədə məlumat verilmir. Açıqlanan yeganə məlumat odur ki, “Baku Steel Company” MMC 24.05.2021-30.12.2021-ci il tarixlərində “Bakı Metropoliteni” QSC-yə armatur və katanka satacaq. “Bakı Metropoliteni” satın alacağı armatur və katanka üçün “Baku Steel Company”-yə 935 min 976 manat ödəyəcək.

“Metropoliten”dən daha bir şübhəli tender

Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında "Bakı Metropoliteni"nin 3,7 milyon manatlıq tenderinin qalibi də “Baku Steel Company” MMC olub. MMC bir il ərzində (09.09.2021-01.09.2022) "Bakı Metropoliteni"nə armatur və katanka satacaq.
Maraqlıdır ki, keçirilən hər iki tender barədə dövlət satınalmaları portalında qeyd olunanlardan başqa heç bir məlumat yerləşdirilməyib.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

“Metropoliten”dən daha bir şübhəli tender

MMC-nin hazırda dövlət büdcəsinə 122 min 60 manat 23 qəpik vergi borcu var. Əvvəlki tender müsabiqəsinin nəticəsi açıqlanan zaman (21.09.2021-ci il) “Baku Steel Company”nin vergi borcu 6 milyon 30 min 36 manat 28 qəpik olub.
Maraqlıdır ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Lakin, bu tələblərə baxmayaraq hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan “Baku Steel Company” artıq 2-ci dəfədir tenderin qalibi elan olunur.
Daha əvvəl məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən münasibət öyrənməyə çalışsaq da “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə baxmayaraq yazılı müraciətimizə cavab verilməyib.
Onu da bildirək ki, “Baku Steel Company” şirkətinin sabiq direktoru Rasim Məmmədov bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Rasim Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin oğlu - fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin və kürəkəni İlham Əliyevin şikayəti əsasında saxanılıb. Rasim Məmmədovun bu şəxslərlə biznes şərikliyinin olduğu bildirilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024