Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 13:38)
Balababa Rzayev öz şirkətinə daha bir milyonluq tender verdi

 

          “Azərenerji” şirkəti daha bir milyonluq tenderə imza atıb.

Dövlət qurumu müxtəlif növ elektrik mallarının satınalınması ilə bağlı tenderə yekun vurub.

Nəticələrə görə, müsabiqənin qalibi “yad şirkət” olmayıb. Məlum olub ki, tenderi “ELECTRO SERVİCE” QSC qazanıb. Bunun üçün isə tərəflər arasında 3 milyon 479 min 492 manatlıq müqavilə bağlanılıb.

Tribunainfo-nun açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “Azərenerji” ilə “Electrop servise” şirkəti arasında bu ilk tender deyil. Tərəflər uzun zamandır orta şəkildə anlaşa bilirlər. Belə ki, təkcə, 2024-2025-ci illərdə “Azərnerji” bu şirkətə 4 tender verib.

Müxtəlif növ elektrik mallarının satın alınması ilə bağlanılmış tender müqavilələrindən biri 181 min 403 manat olub ki, o da 17.01.2025-ci il tarixinə təsadüf edib.

Müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının servis xidmətinin satınalınması prosesi isə 14.11.2024-cü ildə reallaşıb. Həmin vaxt “ELECTRO SERVİCE” QSC dövlət şirkətiylə 143 min 74 manata anlaşıb.

Müxtəlif növ elektrik mallarının satınalınması prosesinin 12.08.2024-cü ildə də reallaşması açıq mənbələrdə qeyd edilib. Məlum olub ki, həmin vaxt tərəflər 1 milyon 593 min 895 manatlıq müqaviləyə imza atıblar.

Həmin araşdırmalar zamanı o da bəlli olub ki, şirkətlə “Azərenerji” arasında uzun zamandır bu cür münasibətlər var. Və bu da təsadüfi deyil. Belə ki, yerli mediada “Electro Service” QSC-nin “Azərenerji”nin rəhbəri Balabala Rzayevin ailə üzvlərinə məxsus olduğuna dair çoxlu sayda məlumatlar var.

Öncəliklə bildirək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınmış və 2000 manat nizamnamə kapitalına malik olan “Electro Service” QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

“Electro Service” QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.

Maraqlıdır ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Bababala Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Balabala Rzayevin qardaşı Rahib Rzayevdir.

Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir.

Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Balabala Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Balabala Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.

“Electro Service” QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Lakin, açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub.

Qarşı tərəfi də dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
20 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025