Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-02-2014, 20:39)
Azərbaycanda yeni partiya yarandı

 

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərərgahında 2 ay bundan öncə yaradılmış Gələcək Azərbaycan Partiyasının (GAP) 1-ci təsis qurultayı keçirilib. 

 

“Qafqazinfo” xəbər verir ki, qurultayı Azərbaycan dövlət himni ilə açan GAP- Təşkilat Komitəsinin üzvü, professor Ağa Abdullaoğlu qurultayın aparılması üçün qurultayın katibini və sədrini qurultay iştirakçılarının təşəbbüsü əsasında müəyyən edib. Namizədlərdən  Nəcəfalı Cavanşirli və Əzizə Sanıyeva sədarətə seçilərək qurultayın gedişinə rəhbərlik ediblər.

Sədarət qurultayın gündəliyini səs vermə ilə təsdiq edib. 

Gündəliyə aşağıdakı məsələlər daxil edilib:

1)GAP Təşkilat Komitəsinin 2 aylıq fəaliyyətinin hesabatı

2)Nizamnamə və məramnamənin müzakirəsi və təsdiqi

3) GAP-ın sədrinin seçilməsi

4)GAP Ali Məclisinə üzvlərin seçilməsi

5)GAP İdarə heyyətinin üzvlərinin seçilməsi

6)GAP Nəzarət və Təftiş Komisiyasının üzvlərinin seçilməsi

1-ci məsələ ilə bağlı GAP Təşkilat Komitəsinin (TK) sədri Ağasif Şakiroğlu məruzə ilə çıxış edib. Məruzə zamanı A.Şakiroğlu qurumun Bakını əhatə edən 12 rayon üzrə tam rayon təşkilat komitələrinin formalaşdığını və eyni zamanda Azərbaycanın bölgələrini əhatə edən 27 rayonda təşkilatlanıldığını və artıq həmin rayonlarda da təşkilat komitələrinin yaradıldığını, GAP-ın nizamnamə və məramnamə layihəsinin hazırlandığını və eyni zamanda qurumun bayraq və emblem layihələrinin hazırlanıb qurultaya təqdim edildiyini diqqətə çatdırıb. 

Daha sonra qurultay üzvləri 2-ci məsələ ilə bağlı müzakirə apararaq Nizamnamə və Məramnamə layihəsini qurumun ali sənədi kimi qəbul edib.

Qurultay üzvləri Gələcək Azərbaycan Partiyasına sədr seçilməsi üçün gənc fəal Ağasif Şakiroğlunun namizədliyini irəli sürülməsini təklif ediblər. İkinci namizədə ehtiyac görməyən qurultay üzvləri Ağasif Şakiroğlunun namizədliyini səsə qoyaraq yetkilliklə sədrliyini təsdiq ediblər.

Sədr seçildikdən sonra Ağasif Şakiroğlu partiyanın gələcək fəaliyyəti və proqramı ilə bağlı qurultay üzvlərinə geniş məlumat verib. Toplantının davamı olaraq qurultay partiyanın Ali Məclisinə və İdarə Heyyətinə üzvlər seçilib. 

Qurultayın sonun da qonaqlar (ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədr müavini Fuad Qəhrəmanlı, keçmiş millət vəkilləri Zəminə Dünyamalıyeva,  Solmaz Ələsgərova, VHP funksioneri Pünhan İmamlı Azərbaycan Yazıçılar Birliyinin üzvləri Vasif Hidayətli, Ramiz Əziz və digər şəxslər çıxış edərək yeni yaranan quruma uğurlar arzulayıblar.

Sonda qurultay Ukraynanın demokratik düşərgəsinə dəstək ifadə edilən bəyanat qəbul edərək öz işini yekunlaşdırıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024