Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (12-06-2021, 20:00)
İlham Əliyevin prinsipiallığı öz nəticəsini verdi


İlham Əliyevin prinsipiallığı öz nəticəsini verdi


Vətən Müharibəsində olduğu kimi, müharibədən sonrakı dövrdə də Azərbaycan beynəlxalq siyasətini uğurla davam etdirir. Əgər ötən ilin noyabrında imzalanan üçtərəfli bəyanat bu siyasətin uğurunun bir parçası idisə, az öncə Ağdamın mina xəritələrinin alınması ilə bağlı açıqlanan rəsmi xəbər də onun davamıdır.

"Mediatv.az"ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, əldə edilmiş razılığa əsasən, bu gün Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Ermənistana təhvil verilən bu hərbçilərin istintaq zamanı Azərbaycan və vətəndaşlarına qarşı ağır cinayətlər törətmədikləri sübut olunub.


Bunu əminliklə müharibədən sonra ilk diplomatik qələbə adlandırmaq olar. Hər halda 97 min tank və piyada əleyhinə minanın xəritəsinin əldə edilməsi çox ciddi naliyyətdir. Bu, eyni zamanda azı bir o qədər vətəndaşımızın həyatının xilas edilməsi anlamına gəlir. 

Onu da nəzərə alaq ki, qarşımızda qeyri-konstruktiv mövqe sərgiləyən bir Ermənistan var. Məsələ burasındadır ki, Ermənistan hökuməti inadla kütləvi mina faktlarını və minalanmış ərazilərin xəritələrinin olmasını inkar edirdi. Bu fakt, həm də sərhəddə gərginliyi artırmaq cəhdləri, Azərbaycan ərazisinə təxribat qruplarının göndərilməsi, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bəndlərinin həyata keçirilməsində qeyri-konstruktiv mövqeyini bir daha sübut edir.

Ancaq Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, parlaq diplomatik bacarığı sayəsində bütün kəskin məsələləri həll etmək mümkündür. Dövlət başçısı demək olar ki, bütün beynəlxalq platformalarda beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməsini və Ermənistanı qeyri-insani siyasətindən imtina etməsini tələb etdi. ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin bu məsələdə fəal iştirak etməsi və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması İlham Əliyevin böyük xidmətinin nəticəsidir.

Elə bu gün də Prezident bir sıra dövlətlərin ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən də məsələni ön plana çıxarmışdı.

İlk müjdəli anonsu da dövlət başçısının özü vermişdi. Ermənilər tərəfindən yüz minlərlə mina basdırıldığını və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirildiyini və yaralandığını bildirən dövlət başçısı qeyd edib ki, bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. 

"Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək"- Prezident çıxışında bildirib.

Bu faktı da ön plana çıxarmaq lazımdır ki, xəritələr olmadan təkcə Ağdamın minalardan təmizlənməsinə uzun illər sərf olunacaqdı. Bu, bərpa işlərini ləngitməklə yanaşı, yüzlərlə vətəndaşımızın həlak olmasıyla nəticələnəkdi. 

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm məsələ ilə bağlı çalışmalar davam edir. Prosesi ciddi analiz edərkən aydın olur ki, bu, təkcə Ağdamın mina xəritələrinin təhvil verilməsi ilə yekunlaşmayacaq. Sözsüz ki, buna Azərbaycanın ciddi və tələbkar xarici siyasəti nəticəsində nail olacağıq.

Dövlət başçısının da dediyi kimi, əgər ermənilər mina xəritələrini verməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024