Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 12:33)
Maqsudovdan 400 min tələb edirlər - Həkim bu qədərinə razıdır

maqsudovdan-400-min-teleb-edirler


Mediatv.az-ın “Qafqazinfo”-ya istinadən  məlumatına görə, bir neçə aylıq ekspertiza araşdırmalarından sonra növbəti məhkəmə prosesi keçirilib.

İclasda təqsirləndirilən şəxsin vəkili Musa Abdinov barışıq üçün zərərçəkmiş tərəfə təklif irəli sürüb. Lakin mərhum alimin hüquqi varisi məhkəmədə iştirak etmədiyindən təklifə münasibət bildirilməyib. Məsələnin müzakirəsi növbəti prosesə saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, Azər Maqsudov barışıq üçün 35 min manat nağd ödəməyə, əlavə olaraq 5 ay ərzində hər dəfə 1000 manat verməyə hazırdır. Bu, ümumilikdə 40 min manat təşkil edir.

Mərhumun hüquqi varisi isə daha əvvəl Azər Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırmışdı. Onların 40 min manatla razılaşıb-razılaşmayacağı hələ məlum deyil.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025
27 08 2025