Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-05-2021, 14:40)
Putinlə Nikol nələr danışıb? - Kreml İrəvanı rüsvay etdi

 Bu gün səhər saatlarında Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı hər iki tərəfin yaydığı məlumat arasında fərqlər var.
"Mediatv.az" erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Başnazirliyi N.Paşinyanın Putini Qaragöl ətrafındakı vəziyyət, İrəvanın KTMT-yə məsləhətləşmələr üçün müraciəti və s. barədə məlumatlandırıb. Paşinyan Azərbaycan Ordusunun bu addımını “Ermənistanın dövlət sərhədlərinə müdaxilə” kimi qiymətləndirdiyini də bildirib.
Bunun ardınca isə ən ciddi məqam gəlib. Belə ki, Ermənistan Başnazirliyindən yayılan açıqlamada qeyd edilib: “Ermənistan və Rusiya liderləri Azərbaycan silahlı birliklərinin bəlli mövqedən geri çəkilməli olduğu fikrini bölüşüblər”.
Bu məlumatdan bir neçə dəqiqə sonra Kremlin yaydığı rəsmi açıqlamada isə telefon danışığına aid bu hissə və Putinin Azərbaycan Ordusunun mövqelərdən geri çəkilmə məsələsində “həmfikirliyi” barədə heç bir söz yoxdur.
Putin yalnız eskalasiyanın yolverilməzliyini ifadə edib və 10 noyabr 2020-ci il bəyanatının tələblərinə əməl edilməsini istəyib, həmçinin qısa müddətdə situasiyanın stabilləşəcəyinə inandığını bildirib.
Göründüyü kimi, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də haqsız və ədalətsiz olsa da, şou yaradaraq, zəbt etdiyi ərazidən çıxmamaq üçün rəsmi səviyyədə informasiya manipulyasiyası edir.
Qeyd edək ki, Azərbaycan Ordusu 12 mayda sərhədlərin bərpası prosesi çərçivəsində xəritələrə uyğun olaraq Qaragöl istiqamətində irəliləyib. Bundan Ermənistan böyük bir şou düzəldib və saxtakarlıqla guya Azərbaycanın Ermənistanın sərhədlərinə müdaxilə etdiyi hay-küyünü qoparıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024