Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-05-2021, 15:22)
Azərbaycanla Gürcüstan arasında nə baş verir? - Bu işdə Ermənistanın barmağı var

Azərbaycanla Gürcüstan arasında nə baş verir?
“Gürcüstanın Dmanisi rayonunda dünən provokasiya olub, "svanlar" Borçalı türklərinin işlətdiyi bir mağazaya hücum ediblər, bir neçə nəfəri döyüblər. Dumanisidə heç vaxt "svanlar" yaşamayıb”.

Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, onlar keçən əsrin 90-cı illərində iki səbəbə görə Bolnisə və Dmanisə köçürülüb:

1) Abxaziya hadisələri,
2) Böyük daşqın nəticəsində bir neçə kəndin dağılması səbəbi ilə.

O zaman Gürcüstan hökuməti "svanları" məhz türklərin çox sıx yaşadığı bölgələrə köçürməklə həmin bölgələrdə etnik tərkibə təsir etmək istəyirdilər.

Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir, Ermənistanla sərhəddir, elə kəndlər var ki, Ermənistandan bir neçə metr ayırır, ona görə də, o bölgəyə çox həssas olmaq lazımdır, çox güman Ermənistan xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərirlər. İstənilən provokasiyalara ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır”.

Ekspert qeyd edib ki, Gürcüstan bizim strateji tərəfdaşımız, Azərbaycanın Qərbə təbii iqtisadi uzantısı, qapısıdır:

“Gürcüstanın iqtisadiyyatı Azərbaycandan asılıdır, amma bizim də kommunikasiyalara görə asılılığımız var. Gürcüstan indi narahatdır ki, Ermənistan-Azərbaycan münaqişəsi tam bitib sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri yaransa, Zəngəzur dəhlizi tam açılsa, Gürcüstanın bölgədə önəmi azalacaq, iqtisadi fürsətləri daralacaq.

Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən ən çox maddı qazanc götürən ölkə məhz Gürcüstan idi. İndi yeni yolların açılması ehtimalı, Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları Gürcüstan üzərindən Türkiyə və Avropa mallarının Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və İrana tranziti azala bilər.

Son 30 ildə Sarpdan keçməklə hər gün yüzlərlə TIR-lar Gürcüstan ərazisindən 600 km yol keçməklə "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsinə gəlirdi. Yol boyu həmin maşlnlara xidmət edən, onminlərlə iş yeri olan obyektlər, infrastruktur qurulub, ölkə tranzitdən, əhali isə yolun özündən qazanırdı. İndi rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdılar.

Boru xəttləri daim Gürcüstandan keçəcək, Bakı-Tiflis-Qars dəmir yolu çalışacaq - rəsmi Tiflisə bununla bağlı zəmanət verilməli, onların narahatlığı aradan qaldırılmalıdır”.

Ekspertin fikrincə, hətta Zəngəzur dəhlizi açılsa belə, yolun o başında da, bu başında da Rusiya durucaq, deməli, o yolla Azərbaycana təzyiq etmək kimi yeni alət yaranacaq:

“Buna görə də Gürcüstan dəhlizi bizim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki, Moskvanın təzyiqlərini neytralaşdıra bilək.

Azərbaycan-Gürcüsran dostluğu, əməkdaşlığı region üçün də, hər iki xalq üçün də həyati əhəmiyyətə malikdir. Ona görə də provokasiyalara uymamalı, soyuq başla, hüquq çərçivəsində bütün problemlər çözülməli, bizim hökumət bu məsələni daim diqqətdə saxlamalıdır. Orada yaşayan türklər isə gürcü dili öyrənməli, siyasətə aktiv qarışmalı, seçkili orqanlarda daha çox təmsilçilik qazanmalıdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 09 2024
22 09 2024
22 09 2024
22 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024