Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (12-05-2021, 12:12)
Prezidentlə ailəsi Şuşaya gedir - Video

Prezidentlə ailəsi Şuşaya gedir


Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Şuşaya səfərə gedir. 

Mediatv.az  xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi instaqram hesabında paylaşım edib: “Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram”.Dövlət başçısı sözügedən görüntülərdə bildirib ki, onlar yolüstü Xocavənddə çay içiblər: “Biz Şuşaya gedirik. Şuşada Xarıbülbül musiqi festivalı keçiriləcək. Bu il may ayında Xarıbülbül musiqi festivalı uzun fasilədən sonra keçiriləcək. Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Burada təbiətin qoynunda, armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq. Eşq olsun Azərbaycan xalqına!”


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 06 2021 11:12
15 06 2021 10:27
15 06 2021 10:12
15 06 2021 09:57
15 06 2021 09:43
15 06 2021 09:30
15 06 2021 09:27
15 06 2021 09:12
14 06 2021 23:12
14 06 2021 22:50
14 06 2021 22:30
14 06 2021 22:16
14 06 2021 21:45
14 06 2021 21:17
14 06 2021 20:53
14 06 2021 20:20
14 06 2021 20:03
14 06 2021 19:31
14 06 2021 19:14
14 06 2021 18:52
14 06 2021 18:29
14 06 2021 18:05
14 06 2021 17:58
14 06 2021 17:39
14 06 2021 17:09
14 06 2021 17:01
14 06 2021 16:40
14 06 2021 16:24
14 06 2021 15:48
14 06 2021 15:28

{sape_links}{sape_article}