Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (5-11-2014, 20:14)
Deputatdan yeni rektora kəskin irad - Açıqlama

 

Dünən parlamantdə komitələrin hökumətlə birgə büdcə müzakirələrində  Maliyyə naziri Samir Şərifova hər iki valideynini itirmiş bir tələbə ilə bağlı müraciət etdim”.

 

Bunu  millət vəkili Zahid Oruc hər iki valideynini itirmiş təbəbələrin təhsil almaq hüququ ilə bağlı qanunu şərh edərkən deyib.

 

Deputat bildirib  ki, təhsil haqlarını ödəməkdən azad olunan şəxslər magistratura təhsilinin 1-ci ilini bitirdikdən sonra 23 yaşına çatdığından, məlum güzəştdən məhrum olunurlar:

 

"Bu isə dövlətin başlatdığı siyasətin uğurla nəticələnməsinə mane olur və sözügedən tələbələrə ağır problem yaradır. Müxtəlif elmi müsabiqələrdə qalib gəlmiş bir tələbə barəsində İqtisad Universitetinin rəhbərliyinə müraciət etsəm də, onun təhsil ödənişinin yalnız dörddə birinə güzəşt olunacağı cavabını aldığım üçün məsələni Milli Məclisdə qaldırmağı məqsədə uyğun bildim. Azərbaycan dövləti hər iki valideynini itirmiş şəxslərin təhsil almaq hüququnun gerçəkləşdirilməsi üçün müvafiq qanun qəbul edib. Söhbət 23 yaşınadək tələbələrin ödənişlərdən azad edilməsindən gedir. Etiraf etmək lazımdır ki,cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də məcburi köçkünlərin və himayədən məhrum olunmuş insanların davamlı təhsil problemini həll etmək əslində Qarabağ müharibəsinin vurduğu böyük humanitar fəlakətin aradan qaldırılması siyasətinin tərkib hissəsidir. Ölkə başçısı bu il ali məktəblərə qəbul olunan şəxslərin prezident təqaüdləri ilə təmin olunması haqqında xüsusi sərəncam imzalayarkən hər iki valideynini itirmiş 7 tələbəni də siyahıya daxil edib”.

 

Millət vəkili  İqtisad Universitetinin yeni rektorunun himayədən məhrum olunmuş uşaqların "gələcək ixtisaslı kadrlara çevrilməsi istisnasız olaraq onların təhsil haqlarını ödəməsindən keçir” fikrini kəskin qınayıb:

 

"Dünyada məhşur universitetlərin istedadlı tələbələrə yüksək güzəştləri, hətta bütün təhsil xərclərindən tələbəni azad etməsi praktikasını elmi ictimaiyyət yaxşı bilir və bizim rektorların da bunu öyrənməsində bir fayda var. Günlər öncə müraciət etdiyim bir tələbənin timsalında şahidi oldum ki, istər qanunvericilik, istərsə də prakitiki səviyyədə biz təhsil sistemində hələ çox iş görməliyik. İqtisad Universitetinin yeni rəhbərliyi ola bilsin müəllim-tələbə münasibətlərində mövcud olan neqativ halları aradan qaldırmaq üçün hansısa addımlar atır, lakin doğrudanmı bunlar təhsilinin fundamental prinsiplərinə xidmət edir? Kimsəsiz və gəlir mənbəyini itirmiş əlaçı tələbələrə təhsillərini davam etdirmək üçün yollar axtarmaq hər bir elmi müəssisənin başlıca vəzifəsidir”- deyə millət vəkili bildirib.

 

Xatırladaq ki, sözügedən hadisə ilə əlaqədar millət vəkili Zahid Oruc məsələnin müsbət həlli üçün Təhsil Nazirliyinə, Elmin İnkişafı və Bilik fondlarına müraciət edib(axar.az).

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024