Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-01-2021, 11:17)
ZEHNİYYƏTİ ZAY EDİLMİŞ TOPLUM - Erməni kilsəsi xaçı siyasət alətinə çevirib

 «Mal qızdırması» mərəzinə tutulmuş erməni kilsə xadimləri xristian dinini də siyasət alətinə çeviriblər və ondan öz çirkin məqsədləri üçün gen-bol sui-istifadə etməkdən həzz alırlar. Erməni ictimai xadimlərindən birinin dediyi kimi, açıqca görünür ki, imperialist dövlətlər (Fransa, ABŞ, Rusiya və s.) Cənubi Qafqazda bir «erməni milləti» yaradıb, zehniyyətini da «Böyük Ermənistan» xülyası ilə zəhərləyərək, öz məqsədləri yolunda istifadəyə start veriblər. SSRİ dağılandan sonrakı dövrdə bütün bunlar çılpaqlığı ilə üzə çıxdı. İkinci Qarabağ Müharibəsi və onun nəticələri «qondarma millət»in necə yaramaz, zehni korlanmış toplum olduğunu sübuta yetirdi…

Müharibəni uduzmuş erməni toplumu və onun xilafi-kilsəsi məğlubiyyətdən müvafiq nəticələr çıxarmaq və doğru yola qayıtmaq əvəzinə, yeni sarsaq çıxışlara baş vurur, ara qarışdırıb, bulanlıq suda balıq tutmaqdan çəkinmək istəmir. İndiki ağır durumunda belə davranış sərgiləmək ondan xəbər verir ki, erməni siyasətçilərini, erməni kilsəsini xalqın taleyi yox, «Böyük Ermənistan» xülyası düşündürür.

Zehniyyəti zay olmuş bu toplum heç fərqində də deyil ki, qızdırmalı başları üzərinə qaldırdıqları «xaçı» qana necə qərq ediblərsə, illərlə suya salsalar da təmiz olmaz ki, olmaz.

Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri vandalizm - şəhərlərin, kəndlərin viran qoyulması, bu məntəqələrdəki İslam dini abidələrinin talan edilməsi, məscidlərin dağıdılması deyilənlərə əyani misaldır…
Müharibəni uduzmuş erməni kilsəsi indi bərk narahatdır - anlayır ki, Cənubi Qafqaza köçürüləndən sonra, çör-çöpdən düzəldilmiş «erməni milləti»nə sırıdığı xülya toplumun bütün zehniyyətini korlayıb və onu böyük fəlakətlərə düçar edib, indiki zəlalət dövründə isə insanlara (əslində onların insan olduğu şübhə doğurur!) deməyə söz yoxdur.

Vəziyyətdən birtəhər çıxmaq məqsədilə, indi də erməni kilsəsi guya, Azərbaycandakı erməni kilsələrinin taleyindən narahatlıq keçirir və bu istiqamətdə beynəlxaq qurumlara müraciətlər edir - xilafi-kilsə elə zənn edir ki, hamı ermənilər kimi vandaldır, simasızdır, imansız və mənəviyyatsız toplumdur. Axı şəhər və kəndləri, dini abidələri məhv edən bu yaramazlar, işğal etdikləri Azərbaycan ərazilərində hətta «köməksiz-bitərəf» məzarlıqları da dağıdıb, viran qoyublar.Son günlər Kəlbəcərdən çıxarkən, erməni keşişinin rəhbərliyi altında Xudavənd monastrındakı yazılı daş lövhələrin də sokülüb aparılması kampaniyasının şahidi olduq. İndi keşişlər hay salırlar ki, guya Azərbaycan onları Qarabağdakı «erməni kilsələri»nə buraxmır.

Soruşan gərəkdir ki, ey imansız, Allahdan uzaq düşmüş siyasi oyunbazlar, sizin Azərbaycandakı (Qarabağdakı) qədim alban kilsəsində nə ölümünüz var - Ermənistanda «xaç çevirmək» üçün kilsə yoxdur?

Yeri gəlmişkən, yerli KİV-in yaydığı bir xəbərdə deyilir ki, işğal dövründə erməni kilsəsi Qarabağdakı 128 alban kilsəsini «erməniləşdirib». İndi də «müqəddəs» Qaregin haray çəkir ki, Azərbaycan onları həmin kilsələrə buraxmır. Görəsən, Qaregin alban kilsəsində nə itirib ki, indi onu axtarmaq istəyir?

Rusiya KİV-nin bu gün yaydığı məlumatda bildirilir ki, ermənilərin katolikosu İkinci Qaregin (poçemu Burunduq vtoroy-vtoroy, a ne vtoroy pervıy!) bəyan edib ki, guya Qarabağda və onun ətrafında Azərbaycanın nəzarəti altına keçmiş kilsələr və tarixi abidələr təhlükə altındadır. Bu barədə erməni katolikosu «ikinci Burunduq» Rusiyanın «İzvestiya» nəşrinə danışıb. Guya Bakı Qarabağda erməni irsinin vəziyyətini qiymətləndirmək üçün BMT nümayəndələrini (UNESKO) bölgəyə buraxmır.

Xəbərsizlər üçün elə təsəvvür yaranır ki, sanki gerçəkdən də Qarabağda «erməni irsi» var imiş. Halbuki ermənilər bu bölgəyə təxminən 2 əsr bundan əvvəl köçürülüblər və oradakı alban kilsələrini də erməniləşdiriblər!

Bu məqamda gürcü knyazı İlya Çavçavadzenin «Erməni alimləri və haray çəkən daşlar» kiabında söhbət açdığı acı həqiqətlər yada düşür. Knyaz kitabında yazır ki, ermənilər daşların üzərində ermənicə yazılar həkk edib, torpağa basdırırlar, bir müdlətdən sonra isə «təsadüfən» oranı qazıb, həmin daşları çıxardır və işdən xəbərsiz dünyaya «erməni tarixi abidəsi» adı altında təqdim edirlər.

İndi erməni katolikosu «ikinci-ikinci Burunduq»un (İkinci Qaregin) davranışından belə çıxır ki, guya erməni xalqının «düzəlib hər yarağı, çatmır təkcə saqqal darağı» - ay da «müqəddəs» Burunduq!шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024