Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-03-2020, 18:34)
İran ABŞ-a yardım təklif etdi-RƏSMİ

 İranın İnqilab Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Salami koronavirusla mübarizə üçün ABŞ-a müraciət edərək yardıma hazır olduqlarını bildirib.

Mediatv.az xəbər verir ki,  İranın İRNA rəsmi informasiya agentliyinin məlumatına görə, paytaxt Tehran şəhərində jurnalistlərə açıqlama verən İnqilab Keşikçiləri baş komandanı general Hüseyn Salami ABŞ-ın koronavirus epidemiyası ilə mübarizə üçün İrana yardım təklifinə cavab verib.

Salami koronavirus epidemiyası ilə mübarizə üçün ABŞ-ın yardımına ehtiyac duymadıqlarını, lakin Vaşinqtonun tələb edəcəyi təqdirdə, onlara yardım eləməyə hazır olduqlarını söyləyib.  

Salami təklifin aldadıcı olduğunu söyləyərək deyib: “ABŞ prezidenti (D.Tramp) İran ölkəsini terrorçu adlandırıb. Ölkəmizi təzyiq altında saxlayaraq, beynəlxalq sanksiyalar tətbiq edilib”.

Salami ABŞ-dakı epidemiyanın miqyasına işarə vuraraq deyib: “Öz adımdan ABŞ xalqının ehtiyac duyacağı təqdirdə yardıma hazır olduğumuzu, lakin onların yardımına ehtiyacımız olmadığını söyləyirəm”.

ABŞ xarici işlər naziri Mayk Pompoe 28 fevral tarixində epidemiya ilə mübarizə aparan İrana yardım təklif eləmişdi.

İran prezidenti Həsən Ruhani də Nazirlər Kabinetinin 4 mart tarixində keçirilən iclasında demişdi: “Onlar (ABŞ) mərhəmət maskası taxaraq, “İran xalqına yardım edək” deyirlər. Əgər səmimisinizsə, ən azından dərman sanksiyalarını ləğv edin”.

шаблоны для dle 11.2

Xəbər lenti
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024