Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 11:18)
70 kq qızılla saxlanılan polkovnik-leytenantın həbsi uzadıldı

70-kq-qizilla-saxlanilan-polkovnik-leytenantin-hebsi-uzadildi

Mediatv.az  xəbər verir ki, məhkəmə prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlanma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, polkovnik-leytenant Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul Hava Limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.

Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Q.Məmmədov həbs edilib. O, AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025