Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (12-08-2014, 19:33)
Nazirin Ucardakı obyektlərinin tikintisi dayandırıldı- Foto

 

Ucar rayon İcra Hakimiyyətindən adının çəkilməsini istəməyən bir yetkili bildirdi ki, bu tikintiləri Fövqəladə Hallar Nazirliyi saxlayıb 

 

Son illər Azərbaycanda aparılan regionların inkişaf proqramı nəticəsində yeni iş yerlərinin açılması aparılan siyasətin tərkib hissəsi hesab olunur.  Əhali yeni iş yerləri ilə bağlı xəbərləri (belə xəbərlər çox olmasa da) həyəcanla gözləyir. Məhz buna görə də bu günlərdə Ucarda olarkən vətəndaşların iş yerləri ilə bağlı narahatçılıq keçirdiyi bir nüansın şahidi oldum. Ucar əhalisi rayonda bir neçə yeni tikilən müəssənin tikintisinin yarımçıq saxlanması ilə bağlı narahatçılq ifadə elədilər. Belə ki rayonda tikilən ticarət mərkəzi, ət kombinatı kimi çoxlu işçi qəbul edə biləcək obyektlərin tikintisinin "qara maskalı"lar tərəfindən dayandırılması, ustaların qovulduğu bildirilir. 

Əhalinin dediyinə görə tikilən obyektlrəin hamısı Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumlarına məxsusdur.  Ət kombinatı Ucardan Gəncəyə gedən yolda, Qazıqumlaq kəndi yaxınlığındakı hektalrlarla olan ərazidə tikilirmiş. Ticarət mərkəzi isə Ucar rayonun mərkəzində yerləşir. Biz tikintisi dayandırılan obyektlərin rəsmini çətinliklə də olsa çəkə bildik. Çünki yol boyu düzülən kameralar bizim işimizə problem yaradırdı. Biz məsələni dəqiqləşdirmədən rayondan çıxarılmaq istəmirdik.  O şəkilləri sizə təqdim edirik.

 

Biz rəsmilərlə əlaqə saxlamağa çalışdıq.  Ucar rayon İcra Hakimiyyətindən adının çəkilməsini istəməyən bir yetkili bildirdi ki, bu tikintiləri Fövqəladə Hallar Nazirliyi saxlayıb. Təhlükəsizlik qaydalarına əməl olunmayıb deyə. Bu qədər tikintinin hamısındamı təhlükəsizlik qaydalarına əməl olunmayıb? Və ya o zaman əhalinin gördüyü və ustaları qovan "qara maskalılar" kim imiş? 

Məsələni araşdırarkən daha bir maraqlı faktı öyrəndik. Ucardan Qazıqumlaq kəndinə gedən yolda Anar Məmmədovun dayısı, Ziya Məmmədovun qaynı Hacı Arifə məxsus ərazidə böyük "Fermer"adlı otel-restorankompleks yerləşir. Amma bir müddət əvvəl həmin kompleksin də fəaliyyəti dayandırılıb. Biz rəsmi sənədlərdə və Vergilən Nazirliyinin bazasında axtarış elədik. Amma həmin otel-restoran kompleksinin sənədlərini tapa bilmədik. Ehtimal ki, kompleks hansısa şirkətin balansındadır,  ya da ümumiyyətlə sənədləşdirilməyib. Suallar açıq qalır. Otel kompleksin şəkillərini və həmin otel kompleksdə Elton Məmmədovun oğlu Aynar Məmmədovun həmin otel-restorandakı şəklini təqdim edirik. Fəaliyyəti dayandırılan, Ziya Məmmədovun qaynı Hacı Arifə məxsus torpaqlarda tikilən obyektin kimə məxsus olmasını isə müəyyənləşdirməyə çalışırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024