Siyasət / Slayd (3-08-2014, 21:58)
Millət vəkili: “Cəbhədən xəbərim yoxdur”
u sözləri axar.az-a açıqlamasında 119 saylı Ağdam kənd seçki dairəsindən Millət vəkili seçilmiş Bəxtiyar Sadıqov son günlər cəbhədə baş verən və 13 əsgərimizin ölümü ilə nəticələn hücumlar haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hər şey nəzarət altındadır: “Azərbaycanda hər şey nəzarət altındadır. Bizim Müdafiə Nazirliyimiz var. Bu məsələlərlə onlar məşğul olur. Zakir Həsənov Müdafiə naziri təyin olunduqdan sonra çox işlər görüb. Güman edirəm ki, bizim o məsələlərə qarışmağımıza ehtiyac yoxdur”.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü olan Bəxtiyar Sadıqov baş verən hadisə ilə bağlı seçildiyi bölgəyə getmədiyini, lakin hadisələri diqqətlə izlədiyini bildirdi: “Mən bununla bağlı Ağdama getməmişəm. Orada baş verən hadisələr barədə məlumat verə bilmərəm. Cəbhədən xəbərim yoxdur. Ancaq hamı kimi mən də bilirəm ki, dünən və bu gün 14 əsgərimiz şəhid olub. Mən onların ailələrinə başsağlığı verirəm. Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Azərbaycan şəhidlik zirvəsinə ucalmış 14 igidini itirdi”.