Siyasət           / Gündəm (1-04-2019, 19:00)
 İlham Əliyev Ramzan Kadırovun müşaviri ilə görüşdü 
	
 Prezident İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovu qəbul edib.AZƏRTAC xəbər verir ki, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlət başçısına çatdırıb və bildirib ki, Ramzan Kadırov Prezident İlham Əliyevi özünə qardaş hesab edir.
Çeçen xalqının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi heç vaxt unutmayacağını vurğulayan Adam Delimxanov ən çətin vaxtlarda Heydər Əliyevin onlara göstərdiyi qayğı və dəstəyi xatırlayıb. O, xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib.
Prezident İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ramzan Kadırova çatdırmağı xahiş edib və qeyd edib ki, onu Ramzan Kadırovla qardaşlıq əlaqələri bağlayır. Dövlət başçısı bildirib ki, Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri var və tarix boyu bu əlaqələr daim möhkəmlənib.
Prezident İlham Əliyev Ramzan Kadırovun bu yaxınlarda ölkəmizə səfərini xatırlayaraq Ramzan Kadırovun çeçen xalqının lideri Hacı Əhməd Kadırovun siyasətini uğurla davam etdirdiyini, Çeçenistanda sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə Çeçenistan Respublikası arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                4 11 2025 
4 11 2025 
Lənkəran Maşın Sınaq Stansiyasında KÜLLİ MİQDARDA YEYİNTİ –İdarənin keçmiş əməkdaşından şok açıqlama
4 11 2025 
Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi - TƏFƏRRÜAT
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
								 









				















