Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Gündəm (11-03-2019, 12:10)
Prezidentin 11 ayda gördüyü işlər: Aprel

 11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Ötən bir il ölkə həyatında, sosial, siyasi, iqtisadi və dövlət idarəçiliyi sahəsində böyük islahatlarla yadda qaldı. Bəzi qurumlar ləğv olundu, digərləri birləşdirildi, sosial ödənişlər sahəsində müstəqillik tarixində ilk dəfə 100 faizlik artımlar qeydə alındı və əlbəttə ki, 2014-cü ildən davam edən, insanların artıq həllinə ümidlərini itirdiyi problemli kreditlər məsələsi prezidentin qəti iradəsi ilə həllini tapdı.
Mediatv.az  qeyd olunanları nəzərə alaraq, İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrə start verir.
Bu yazılarda aparılan islahatlar və onun nəticələri, imzalanan, lakin hansısa səbəblərdən icra olunmayan fərman və sərəncamlar barədə qeydlər əksini tapacaq.

Beləliklə, 11 aprel – 1 may tarixlərini əhatə edən ilk məqaləyə başlayırıq.
SEÇKİDƏN SONRAKI İLK GÜN – İLK AÇILIŞ
2017-ci ilin ən səs-küylü hadisələrindən biri Bakının “Sovetski” adlanan ərazisində yenidənqurma işləri çərçivəsində Hacı Cavad məscidinin sökülməsi idi.
Belə ki, məscidin sökülməsi ilə bağlı ictimai narazılıq fonunda prezident məsələnin araşdırılması üçün xüsusi komissiya yaratmış, bir müddət sonra isə bu məscidin ərazisində yerləşdiyi Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunmuşdu.
Beləliklə, seçkilərdən dərhal sonra, artıq aprelin 12-də dövlət başçısı Yasamal rayonu ərazisində Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak etdi.



 




Tədbirdə çıxış edən dövlət başçısı dini dəyərlərin milli-mənəvi dəyərlərin tərkib hissəsi olduğunu, Azərbaycan xalqının öz köklərinə, ənənələrinə sadiq xalq olduğunu vurğulayıb, ölkədə məscidlərin tikintisinə olan dövlət dəstəyindən danışıb.
SƏFƏRLƏR BAŞLADI
İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini ənənəvi olaraq, qardaş Türkiyə Respublikasına edib.
Səfərin ilk günü qeydə alınan maraqlı məqam isə iki dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilmədən, protokoldan kənara çıxaraq, birgə şam etmələri olub.




 




Aprelin 25-də əvvəlcə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gələn İlham Əliyev daha sonra Türkiyə prezidentinin Sarayı – Külliyedə rəsmi qarşılanıb.  
Keçirilən görüşlərdə müzakirə olunan əsas məsələlər isə iki ölkənin nəqliyyat-energetika sektorunda həyata keçirdiyi layihələr, təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı olub.
Belə ki, Ərdoğan Bakı-Tbilisi-Qars, TANAP, Cənub Qaz Dəhlizi, “Star” neft emalı zavodundan danışaraq, Azərbaycanın ölkəsinə ən çox sərmayə yatıran dövlət olduğunu vurğulayıb.
FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmaları ilə mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edən Ərdoğan Qarabağ münaqişəsi ətrafında 25 ildir davam edən nəticəsiz danışıqlardan narazılığını dilə gətirib və Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin “bundan sonra da eyni qətiyyətlə davam edəcəyini vurğulayıb”.



 

Cavab çıxışında dövlətlərin böyük həcmli qarşılıqlı sərmayələrini qeyd edən İlham Əliyev bunu dostluğun, qardaşlığın əlaməti kimi dəyərləndirib və Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edib.
Azərbaycan dövlətinin başçısı ölkənin öz hərbi gücünü Türkiyədən alınan silahlar hesabına artırdığını xüsusilə qeyd edib.
Vacib məqam isə ilk dəfə Bakının erməni daşnaklarından azad olunmasının 100 illiyinin birlikdə qeyd edilməsi ilə bağlı olub. İlham Əliyev həmin günü şanlı tarix adlandıraraq, onun Azərbaycan və Türkiyənin hər zaman bir yerdə olduğuna, bu gün də bir yerdə olmalarına dəlalət etdiyini vurğulayıb.
Mətbuat nümayəndələri qarşısında çıxışını Azərbaycan prezidenti “Əminəm ki, hər zaman bir yerdə olacağıq” bəyanatı ilə yekunlaşdırıb.


Prezidentin növbəti səfəri Böyük Britaniyaya olub. O, 27 apreldə həyata keçirdiyi səfər çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Mey ilə görüşüb.



 

Azərbaycan prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradıb.
Belə ki, İlham Əliyevin və Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
PREZİDENT METRODA
Dövlət başçısının apreldə iştirak etdiyi ikinci tədbir isə Bakıya yeni gətirilən qatarlarla bağlı olub.
İlk dəfə Bakı metrosuna gətirilən bu vaqonların əsas üstünlüyü rahatlığı, daha çox sərnişin tutması və havalandırma – kondisioner sisteminin olmasıdır.

Həmin tədbirdə ən yaddaqalan məqam isə prezident İlham Əliyevin yeni qatarla metronun “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına getməsi olub. Təqdim olunan kadrlardan metro stansiyası ilə hərəkət edən prezidentin sərnişinlər üçün gözlənilməz olduğunu aydın sezmək mümkündür.


 


ALİ BAŞ KOMANDAN HƏRBİ SAHƏNİ DİQQƏTDƏN KƏNAR QOYMUR
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

O, yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirib.
İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.


 




İDMAN DA YADDAN ÇIXMAYIB
Aprelin 29-da isə dövlət başçısı Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsini izləyib.



Açılış mərasimində Azərbaycan himninin ifası tədbirdə iştirak edən qonaqlar, turistlərin böyük marağına səbəb oldu. Belə ki, himni gənc müğənni Samirə Əfəndi Əməkdar artist İsfar Sarabskinin pianoda müşayiəti ilə solo oxuyub.
Qeyd edək ki, son dörd ildə Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi ölkəyə xüsusilə də Qərb ölkələrindən turist axınlarının artmasına səbəb olub. Yarışlar məşhur dünya ulduzlarının Azərbaycan auditoriyası qarşısında çıxışlarını təmin edir və məşhur sənətçiləri izləmək üçün qonşu ölkələrdən on minlərlə insan Azərbaycana səfər edir.


 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024