Siyasət / Gündəm (27-02-2019, 13:00)
Azərbaycan və Gürcüstan prezidentləri görüşüb
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan prezidenti İlham Əliyev ali qonağı salamlayıb və onu Gürcüstanın prezidenti seçilməsi münasibətilə təbrik edib:
“Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.
Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaq. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.
Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək.
Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik”.
Gürcüstan prezidenti Salome Zubarişvili bildirib ki, regiona ilk səfərini dost və qardaş ölkə olan Azərbaycana edir:
“Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.
Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 11 2025
4 11 2025
Lənkəran Maşın Sınaq Stansiyasında KÜLLİ MİQDARDA YEYİNTİ –İdarənin keçmiş əməkdaşından şok açıqlama
4 11 2025
Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi - TƏFƏRRÜAT
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025

























