Siyasət / Gündəm (26-08-2018, 11:00)
Merkel: Qarabağ münaqişəsi ilə bağlı səylərimizi artıracağıq
Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik.
Mediatv.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
Almaniya kansleri regiona səfərinin münaqişənin həllində rolu ilə bağlı da çıxış edib:
“Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik”.
Ermənistanın BMT qətnamələrin məhəl qoymaması və icra etməməsi barədə sualı cavablandıran A. Merkel bildirib ki, “biz həll yolunun axtarılması üzərində işləyirik”:
“Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq”.