Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-04-2018, 08:02)
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün qanvermə aksiyası keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün qanvermə aksiyası keçirilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada uşaqlar üçün donor qanvermə aksiyası keçirilib.

Mediatv.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 5-də Moskvada Dmitri Roqaçov adına Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində (UHOİ MTTM) uşaqlar üçün “Qanın milləti yoxdur” devizi altında donor qanvermə aksiyası keçirilib.

Aksiyada 40-dan çox azərbaycanlı tələbə iştirak edib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib: “Bu gün Uşaq Hematologiyası, Onkologiya və İmmunologiya Milli Tibbi Tədqiqat Mərkəzində Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib.

RAGB tərəfindən təşkil olunmuş aksiyada Moskvada təhsil alan və yaşayan azərbaycanlı tələbələr və gənclər iştirak ediblər.

Əlbəttə, bizim hamımızın istəyimiz budur ki, balaca uşaqlar heç vaxt onkoloji xəstəliklərə tutulmasınlar. Lakin Rusiyada 6 mindən çox uşaq bu xəstəlikdən əziyyət çəkir. Ümidvarıq ki, biz bu cür aksiyalar keçirməklə həmin uşaqların xəstəliyə üstün gəlməsinə bir qədər kömək edəcəyik”.

E.Hacıyev vurğulayıb ki, qan verilməsinə görə donorlara ödənilən kompensasiya xəstəxananın hesabına köçürüləcək.

Aksiyada iştirak etmiş donorlardan biri – Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin tələbəsi kursant Xaliq Hüseynov deyib:

“Çox şadam ki, bu aksiyada donor kimi iştirak edirəm və hamını bizə qoşulmağa çağırıram. Bu gün verdiyimiz qanın hər damlası gələcək nəslə töhfədir”.

Xatırladaq ki, “Qanın milləti yoxdur” adlı donor aksiyası artıq 10 ildən çoxdur keçirilir. Aksiya təkcə Moskvada deyil, Rusiya Federasiyasının başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada gənclərin minlərlə nümayəndəsi iştirak edir, toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə sərf edilir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024