Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-12-2017, 17:41)
AMOR Vladimir Putinin təşəbbüsü ilə keçirilən "Coğrafi imla" aksiyasında iştirak etdi – FOTO

AMOR Vladimir Putinin təşəbbüsü ilə keçirilən "Coğrafi imla" aksiyasında iştirak etdi – FOTO

 

Rusiya Azəbaycanlı Gənclər Birliyi (AMOR) "Coğrafi imla" aksiyasında iştirak edib.

Mediatv.az  APA-ya istinadən xəbər verir ki, Rusiyanın bütün regionlarında keçirilən ümumölkə miqyaslı təhsil aksiyasının təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. AMOR-un təşkilatçılığı ilə M.İ.Rudomino adına xarici ədəbiyyat Kitabxanasında keçirilən "Coğrafi imla" aksiyasında təşkilatın 150-dən çox fəalı iştirak edib.

Aksiya iştirakçıları önündə çıxış edən AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyeva adından iştirakçılara uğurlar arzulayıb. O, Leyla Əliyevanın rəhbərliyi altında AMOR-un güclü gənclər təşkilatına çevrildiyini söyləyib: "AMOR-un belə genişmiqyaslı federal aksiyada iştirak etməsi bizim təşkilatın Rusiyada məşhur və əhəmiyyətli birliyə çevrildiyinin sübutudur. Coğrafi İmla - Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən miqyaslı təhsil aksiyasıdır. Biz, Rusiya Coğrafiya Cəmiyyəti prezidenti Sergey Şoyqu başda olmaqla, cəmiyyətin rəhbərliyinə aksiyada iştirak etmək üçün dəvət etdiklərinə görə təşəkkürümüzü bildiririk".

E. Hacıyev bu il Azərbaycanın da bu aksiyaya qoşulduğunu qeyd edib: "Coğrafi imla aksiyası M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilib. Bizim ölkədən başqa, aksiyada Argentina, Böyük Britaniya, Danimarka, Norveç, Serbiya, Suriya, Türkiyə, Çexiya, Çin və Rumıniya və digər dövlətlərdə baş tutub".

Daha sonra aksiya iştirakçıları imla yazmağa başlayıblar. 45 dəqiqə ərzində 30 suala cavab vermək lazım olub. Suallar üç bloka ayrılıb: coğrafi anlayış və terminlərin izahının müəyyən edilməsi, coğrafi obyektlərin xəritədə müəyyən edilməsi, ədəbiyyat nümunələri fraqmentlərində coğrafi obyektlərin müəyyən edilməsi. İmlaya görə ən yüksək bal 100 bal olub. Aksiya iştirakçıları şəxsi nəticələrini dekabrın 25-dən sonra dictant.rgo.ru saytından öyrənə bilərlər.

Aksiyanın sonunda E. Hacıyev iştirakçıları "Coğrafi imla beynəlxalq təhsil aksiyasında iştiraka görə Şəhadətnamə" ilə təltif edib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024