Siyasət (4-01-2018, 15:00)
Rusiya hərbçilərinə mərmidə ismarıc: Həma bizimdir
Terrorçu qruplaşmaların fəaliyyətinin monitorinqi (müşahidəsi) ilə məşğul olan “Directorate 4” kanalı, “Azad Suriya Ordusu” döyüşçülərinin Rusiyanın “Hmeymim” hərbi hava bazasına atdığı mərminin fotoşəklini yayıb.
Mediatv.az Oxu.az-a istinadən xəbər verir ki, döyüşçülər mərminin üzərinə “ Soçi sizin, Hama isə bizimdir” yazısını həkk edib.
Dekabrın 27-də döyüşçülər hərbi bazanı atəşə tutsa da, hücum “Pansır-S1” zenit-raket kompleksləri vasitəsilə dəf edilib. Hava müdafiə sistemi ekstremistlərin atdığı azı 2 raketi havada zərərsizləşdirib.
Xatırladaq ki, yanvarın 3-də “Kommersant” qəzeti öz mənbələrinə istinadən, “Hmeymim” hava bazasının dekabrın 31-də döyüşçülərin hücumuna məruz qaldığı, nəticədə yeddi təyyarənin (dörd ədəd Su-24 bombardmançısı, iki ədəd müxtəlif təyinatlı Su-35C qırıcısı və bir ədəd An-72 hərbi-yük gəmisi) məhv edildiyi ilə bağlı xəbər yaymışdı. Ancaq rəsmi mənbələr yayılan informasiyanı təsdiq etməyib.