Dünya (15-09-2015, 11:26)
Pentaqon Rusiyanın Suriyada baza hazırladığını təsdiq edib
ABŞ Müdafiə Nazirliyi Rusiyanın Suriyada hərbi hava bazası hazırladığını təsdiq edib.
Pentaqonun sözçüsü kapitan Ceff Deyvis jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya personalının və təchizatlarının liman Lakatiya şəhəri yaxınlığına yerləşdirilməsi aktiv bazanın qurulmasına işarədir.
Qərb xəbər agentlikləri bu gün adını açıqlamayan ABŞ rəsmisinə istinadən bildirib ki, Rusiya Lakatiya yaxınlığındakı hava bazasına ağır artileriya və 7 ədəd T-90 tankı göndərib.
Keçən həftə Pentaqon bildirmişdi ki, Rusiya bu yaxınlarda Suriyaya 200 hərbi dəniz piyadası və 1500 əsgərlik mobil evlə yanaşı, ağır artileriya, qısa-mənzilli raket idarəçisi və təxminən 12 ədəd zirehli maşın göndərib.
Suriyanın Rusiyadakı səfiri Riad Haddad Rusiyanın Suriyadakı mövcudluğu barədə söhbətləri ağ yalan adlandırıb.