Mediatv.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib.
“Ali Baş Komandanın əmri ilə Suriyadakı HHM-ləri bütün istiqamətlərdə təchiz etmək üçün Hmemymim aerodromuna S-400 zenit-raket sistemləri yerləşdiriləcək” - deyə S.Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiyasında bildirib.
“Biz təxirəsalınmaz tədbirlər görmüşük. “Moskva” raket kreyserimiz döyüş növbəsi çəkmək üçün artıq yeni yerində dayanıb (bu kreyser S-300-lərə bənzər “Fort” HHM sistemləri ilə təchiz olunub-red.). “Moskva” Latakiyanın sahilboyu zonasında döyüş növbəsi çəkir və bizim aviasiyaya potensial təhlükə törədən istənilən hava hədəfini məhv etməyə hazırdır” - deyə rusiyalı nazir əlavə edib.
S.Şoyqunun sözlərinə görə, Rusiya zərbə aviasiyasının bundan sonrakı bütün addımları qırıcı təyyarələrin müşayiəti ilə atılacaq.
Xatırladaq ki, “Triumf” kompleksi 400 km məsafədə aerodinamik hədəfləri, 60 km-dək məsafədə taktiki-ballistik hədəfləri (qanadlı raketlər, təyyarələr) vurmaq gücünə malikdir.
Nazir Rusiyanın Türkiyə ilə hərbi planda bütün təmasları kəsdiyini də vurğulayıb. Qeyd edək ki, noyabrın 24-də Türkiyə HHQ-nin F-16 qırıcısı Rusiyanın Su-24 təyyarəsini vurub.