Siyasət / Karusel (18-06-2014, 17:51)
Əbülfəz Elçibəyin Kələkiyə getməsi: bütün sirlər açıldımı?
Eks-prezidentin köməkçisi və Daxili Qoşunların sabiq əsgəri 21 il öncə baş verənlər haqda danışdılar; Oqtay Qasımov: “Surət Hüseynov çox şey deyə bilər; amma baş verən hadisələr və o proseslər göstərir ki, Surət Hüseynov birbaşa Rusiyaya bağlı şəxs idi”; Elman Fəttah: “Biz Hacıqabulda Surət Hüseynovu və onun dəstəsini neytrallaşdıra bilərdik”
Azərbaycanın çağdaş tarixinin daha bir ağır hadisəsinin növbəti ildönümü tamamlandı.
Söhbət 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Azərbaycanın ikinci prezidenti, milli azadlıq hərəkatın lideri Əbülfəz Elçibəyin məhz həmin gecə gözlənilmədən Bakını tərk edərək Naxçıvanın Kələki kəndinə üz tutmasından gedir.
Üstündən artıq 21 il keçsə də, hələ də Azərbaycanın Ali Baş Komandanının bu addımı atması, hətta yaxın komandadaşlarından belə xəbərsiz paytaxtı tərk etməsi birmənalı qəbul olunmur. Bir çoxları hesab edir ki, Elçibəy sonadək atılmalı olduğu addımları atardısa və dirəniş göstərərdisə, proseslərin qarşısını almaq mümkün idi. Ancaq əks fikirdə olanlar da var. Ayrı-ayrı dönəmlərdə o da vurğulanıb ki, mərhum prezident Elçibəyin Kələkiyə gedişi bir neçə şəxsin Elçibəylə ciddi müzakirələrində verilmiş qərardır.
Elçibəyin köməkçisi Oqtay Qasımov Bəyin Atatürkün məzarı başında “yapılacaq hər şeyi siz yapdınız” deməsini xatırladaraq bildirdi ki, ötən illər ərzində iyun hadisələri haqda deyiləcək nə var idisə, hər şey deyilib. Bununla belə O.Qasımov bəzi fikirlərini bölüşərkən bildirdi ki, bu gün də hesab edir ki, Elçibəyin Kələkiyə gedişi zərurət idi: “Bu gündən baxanda əlavə arqument söyləmək olar.
Amma o zaman situasiya və qüvvələr nisbəti tamam başqa idi. Xüsusilə də 13 iyunda Müdafiə Nazirliyinin Rəhim Qazıyev, Etibar Məmmədov və Rəsul Quliyevin iştirakı ilə keçirilən müşavirəsində verdiyi qərarla məsələ artıq bitmiş sayılırdı. Yəni Müdafiə Nazirliyi bəyanat verdi ki, Gəncədə baş verən hadisələr siyasi məsələ olduğuna görə ordu bu məsələlərə qarışmayacaq və kənarda qalacaq. Ordunun öz daxilində olan hansısa qüvvənin vahid komandanlığa tabe etdirilməsindən söhbət gedən bir məqamda belə bir bəyanatın verilməsi təbii ki, məsələnin hansı həddə olduğunu göstərdi. Bu, birbaşa itaətsizlik idi. Dövlətin təhlükəsizliyinə cavabdeh olan bir qurumun belə bir mövqe sərgiləməsi artıq onu göstərdi ki, prezidentin ətrafında həlqə kifayət qədər ciddi şəkildə daralır və müqavimət göstərmək imkanları minimuma endirilib. Müqaviməti davam etdirmək imkanları minimum olduğu halda başqa variant yox idi”. O.Qasımov bir hadisəyə də diqqət çəkdi: “15 iyunda Bakıda nəzərdə tutulan mitinqə cəmiyyətin adekvat reaksiya verməməsi də prezidentin imkanlarını məhdudlaşdırdı. O zaman təbii ki, Bakını tərk etmək variantından başqa variantlar da var idi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024