Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (6-05-2014, 10:41)
“Əbülfəz Elçibəy belə bir adamla görüşməyib“

“Mən tələbə olanda Bakıya gəlmişdim və Elçibəylə görüşdüm. Azərbaycanı bürüyən xaosun şahidi oldum. Mən İsgəndər Həmidovla da görüşdüm və gördüm ki, onun ”boz qurdları" Bakı küçələrində avtomatla necə dolaşırlar".

 

Mediatv.az  bildirir ki,bunu virtualaz.org saytına müsahibəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib. 
"Yeni Müsavat" Saakaşvilinin dediklərinin doğru olub-olmadığını, doğrudursa, prezident Əbülfəz Elçibəylə nə üçün görüşdüyünü dəqiqləşdirməyə çalışıb.
Prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov qəzetə açıqlamasında bildirib ki, Mixail Saakaşvili doğru danışmır, nələrisə qarışdırır: “Saakaşvili özünün də dediyi kimi, o vaxt tələbə olub. Hansısa tələbənin gəlib prezidentin qəbuluna düşməsi nə qədər mümkündür? Özü də həmin tələbə xarici ölkə vətəndaşı olsun. Prezident Əbülfəz Elçibəyin Mixail Saakaşvili adlı gənc tələbəni qəbul etdiyi faktı olmayıb. Bu gün də araşdırılsa, rəsmi şəkildə bəlli olar ki, Əbülfəz Elçibəy belə bir adamla görüşməyib. Mən Mixail Saakaşvilinin dediklərini tamamilə qeyri-ciddi hesab edirəm, qeyri-ciddi məlumatdır. Saakaşvili özünün hakimiyyətdə olduğu dövrdə də, görünür, indi də hansısa maraqlar naminə prezident olmuş adama yaraşmayan şəkildə qeyri-ciddi açıqlamalarla çıxış edir. Bu da sadəcə olaraq adamda təəssüf hissi doğurur”.
O.Qasımov onu da dedi ki, Əbülfəz Elçibəy hakimiyyətdə olduğu dövrdə Mixail Saakaşvili minlərlə gürcüstanlı tələbədən biri olub və tanınan sima olmayıb: “Şəxsən mən onun haqqında ilk dəfə Tiflis şəhər bələdiyyəsinin sədri olduğu zaman eşitmişəm. Buna qədər Mixail Saakaşvili adı heç nə demirdi. Tiflis meri vəzifəsindən sonra isə bəllidir ki, Gürcüstanda ”qızılgül inqilabı" ilə Saakaşvili hakimiyyətə gəldi".
Əbülfəz Elçibəyin prezidentliyi dönəmində daxili işlər naziri olan İsgəndər Həmidov da “Azadlıq”a açıqlamasında Saakaşvilinin dediklərinin yalan olduğunu bildirib: “Əbülfəz Elçibəy prezident olanda ”boz qurdlar" əllərində avtomat Qarabağda idi, şəhərdəsə polislər idi".
İ.Həmidov Saakaşvili ilə Elçibəyin görüşündən xəbərsiz olduğunu deyib: “Belə bir görüşdən xəbərim yoxdur. İnanmıram ki, belə bir görüş olsun”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024