Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-06-2014, 13:08)
Deputatı bitirən biznes – TƏFSİLAT

 

Milli Məclisin bəzi deputatlarının qanunvericiliyə zidd olaraq bizneslə məşğul olması sirr deyil. O deputatların sırasında YAP-çı Fərhad Qəribov da var. Bir neçə gün əvvəl Kürdəmir rayon mərkəzi bazarının ərazisində yerləşən “Şəki” restoranında qanlı olay baş verib.
Məlumatlara görə, mübahisə restoranın aşpazı olan Şamaxı sakini, 36 yaşlı Xəlilov Ramin Rasim oğlu ilə obyektin administratoru, Kürdəmir sakini 46 yaşlı Həsənov Füzuli Şamil oğlu arasında olub. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Onlar mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər.
Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi Hüseyn Mənsimovun sözlərinə görə, hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.
İşçilər arasında mübahisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.
Həmin olayın baş verdiyi restoranın yerləşdiyi bazar  Fərhad Qəribova məxsusdur.
F.Qəribov isə baş vermiş qanlı hadisə ilə bağlı verdiyi açıqlamada həmişəki kimi “hadisədən xəbərsiz” olduğunu deyib. Fərhad Qəribov deyib ki, olayın baş verdiyi restoran ona yox, oğluna məxsusdur.
Mediada yayılan məlumatlara əsasən onu deyə bilərik ki,  F. Qəribovun üç oğlu var: Elnur , Zöhrab və Rəşad. (Deputatın 5 övladı var). Maraqlıdır ki, müxtəlif dövrlərdə deputatın hər üç oğlu barədə mediada qalmaqallı xəbərlər dərc edilib.  Sözügedən cinayətin baş verdiyi bazar da, təbii ki, restoran da rəsmi sənədlərlə Elnur Qəribova məxsusdur. Bu bazar da ölkə mediasında zaman-zaman qalmaqallarla gündəmə gəlib. Ötən il Kürdəmir rayon mərkəzi bazarında bir qrup sahibkar etiraz aksiya keçirərək E.Qəribovun aylıq yer haqqını 3 dəfə artırması etiraz etmişdi. Polislə ciddi qarşıdurma zamanı sahibkarlardan həbs edilən də olmuşdu.
2011-ci ildə  isə Kürdəmirdəki Şirə Zavodunun qətlə yetirilən mühasibi Nadir Mehdiyevin oğlu Kərim Mehdiyev Zöhrab Qəribovla bağlı ittihamlar irəli sürmüşdü. K.Mehdiyev iddia edirdi ki, atasını itkin düşməmişdən əvvəl Zöhrab Qəribovun maşınına minən görüblər. Qeyd edək ki, bu zavod da Fərhad Qəribova məxsusdur.
Deputatın daha bir oğlunun adı “Debutbank”la bağlı məhkəmə işində hallanırdı. İndi bağlanmış bankın Müşahidə Şurasının sədri Rəşad Qəribov dələduzluqla üzləşmişdi. R.Qəribov bildirirdi ki, Emin Əmirov adlı şəxs onun 14 milyon manat pulunu mənimsəyib.
Emin Əmirov isə iddia edirdi ki, deputatın oğlundan cəmi  4 milyon alıb və onu artıqlaması ilə qaytarıb.
Deputat oğlunun fiqurant olduğu məhkəmədə o da məlum olmuşdu ki, E.Əmirov müğənnilərdən biri ilə iş birliyində olub və mənimsənilən pulun 280 min manatına ona  mənzil alıb.
Məlumatlara görə, övladlarına aid olduğu deyilən bütün obyektlər əslində deputatın özünə məxsusdur. Fərhad Qəribov deputatlar arasında ən böyük biznesə sahib olanlardandır. Onun, paytaxtda fəaliyyət göstərən “Çıraq Plaza» oteli, “Şəki” restoranlar şəbəkəsi, ticarət obyektləri və mebel sexləri var. Fərhad Qəribova məxsus  «Debütbank» müflis olduqdan sonra onun biznes şəbəkələrinin bir qisminin əlindən çıxması barədə iddialar var. Son vaxtlar adı daima qalmaqallarda hallanan F.Qəribovun adı gələn il keçiriləcək parlament seçkilərdə deputat kürsüsünü itirəcək şəxslər sırasındadır (musavat.com).

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024