Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-11-2017, 21:28)
Deputat: "YAP-ın yaradılması tarixi zərurət idi"

Deputat: "YAP-ın yaradılması tarixi zərurət idi"

Yeni Azərbaycan Partiyası (YAP) hakimiyyətə gəlməklə Azərbaycanın siyasi mədəniyyətinin formalaşmasında mühüm rol oynadı.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki çıxışına münasibət bildirərkən deyib.

O bildirib ki, 25 illik yubileyini qeyd edən YAP-ın yaradılması tarixi zərurət idi: "Prezident İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilən konfransda bu partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışdı və bunu faktlarla təsdiqlədi. Dövlət başçısı qeyd etdi ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP müxalifət partiyası kimi meydana gəldi və hakimiyyətə gəlməyin sivil formasını ortaya qoydu. O zaman hakimiyyətdə olan AXC və Müsavat partiyası YAP-ın təsis konfransının Bakı şəhərində keçirilməsinə imkan vermədi. Bu hərəkətlə o vaxtkı hakimiyyət Azərbaycanın sabahını sual altında qoyurdu. YAP ümumxalq partiyası kimi yarandı və bu gün cəmiyyətimizin bütün təbəqələri partiyada təmsil olunur. Gənclərin partiyaya böyük axını var. Prezident İlham Əliyev çıxışında YAP-ın inkişafını sübutlarla xatırlatdı".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tədbirdə həmçinin, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da danışıb: "Dövlət başçısı bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu problem hələ də həllini tapa bilməyib. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Dağlıq Qarabağ probleminin həlli ancaq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə mümkündür. Heç bir zaman Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz".

E.Nəsirov deyib ki, cənab prezident çıxışında 2016-cı ilin aprel döyüşlərindən danışmaqla bir daha Azərbaycan ordusunun gücünə diqqət çəkib: "Prezident bildirdi ki, aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusu çox güclü və qüdrətlidir və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Nə qədər gec deyil, Ermənistan bu reallığı qiymətləndirməli və nəticə çıxarmalıdır. Aprel döyüşləri Ermənistandakı eybəcərlikləri üzə çıxardı və məlum oldu ki, bu ölkədə bütün sahələrdə böhran var". (Trend)

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024