Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (20-10-2017, 17:30)
Milli Məclis AŞPA-nın Azərbaycan əleyhinə qətnamələrinə etirazını bildirdi

Milli Məclis AŞPA-nın Azərbaycan əleyhinə qətnamələrinə etirazını bildirdi

 

Milli Məclisin bu gün keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub.

Mediatv.az  xəbər verir ki, APA-nın məlumatına görə, çıxış edən deputatElmira Axundova bildirib ki, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsi rəsmi Kiyev tərəfindən də narazılıqla qarşılanıb.

O qeyd edib ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini ilə Azərbaycan Ukraynalıları Konqresinin ofisində keçirilən görüşdə də bu məsələyə toxunulub: “Düşünürəm ki, deputatların o münasibəti rəsmi Kiyevin mövqeyi deyil”.

Deputat Tahir Kərimli isə AŞPA-da üzvlərini əxlaqsız adlandırıb: “Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxarmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaq qərarını verməlidir. Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə də yaşıl rəngimizi. Bəs, bizim Qafqaz vüqarımız harada qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”.  

Spiker Oqtay Əsədov isə deputatın bu çıxışına reaksiya verib: “Əgər Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar. Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”. 

Öz növbəsində deputat Fazil Mustafa bildirib ki, Avropa Şurası Azərbaycana qarşı qərəzlidir: “Amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxarsalar, o halda öz kursumuzu bəyan etməliyik”. 

Deputat Zahid Oruc da qeyd edib ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə, artıq Avropaya münasibətini ifadə edib: “Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərədək”.

Spiker Oqtay Əsədov isə “heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq” deyə fikrini bildirib.

Səməd Seyidov isə sonda təklif edib ki, buradakı müzakirələrin nəticəsini ümumiləşdirib AŞPA-ya göndərmək lazımdır. Təklif qəbul olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024