Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-10-2017, 13:00)
Rusiyalı parlamentari: Münasibətlərimizi pozmaq istəyənləri sevindirməyəcəyik

Rusiyalı parlamentari: Münasibətlərimizi pozmaq istəyənləri sevindirməyəcəyik

 

“Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin pisləşməsini istəyən düşmənlərimiz var. Ancaq biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq”.

Mediatv.az  xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Parlamentlərarası İttifaqın 137-ci Assambleyası çərçivəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib.

Assambleyanın əhəmiyyətindən danışan rusiyalı deputat qeyd edib ki, bu cür forumlar əlaqələrimizin inkişafına təkan verir: “Assambleya çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə söhbətimiz oldu, biz Rusiya və Azərbaycan parlamentlərinin iki komitəsinin Bakıda keçiriləcək iclası və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sonunda Azərbaycana səfəri ilə bağlı məsələləri müzakirə etdik. Tədbirlərdə iqtisadi və humanitar, mədəni sahələrdə əlaqələrimizin inkişafı diqqət mərkəzində olacaq, təcrübə mübadiləsi aparacağıq”.

Leonid Kalaşnikov Azərbaycanda rus dilinə qayğı ilə yanaşılmasında Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi vurğulayaraq deyib: “Bu yaxınlarda Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu” konfransında mədəni əlaqələrimizdən, Azərbaycanda rus dilinin inkişafına qayğıdan da danışdıq. Mən özüm yayda Azərbaycanda oldum. Çox gözəl istirahət etdim. Azərbaycanda elə bir şərait yaradılıb ki, rusiyalı orada özünü evindəki kimi hiss edir”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024