Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-08-2017, 13:47)
Qurban Qurbanov prezidentlə görüşündən danışdı

Qurban Qurbanov prezidentlə görüşündən danışdı

 

Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov müsahibə verib.

Mediatv.az Report-a istinadən həmin müsahibəni təqdim edir.

- “Qarabağ” ÇL-nin qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klubları ilə qarşılaşacaq. Rəqiblərinizi necə dəyərləndirərdiniz?

- Burada dəyərləndiriləsi bir şey yoxdur, hamısı tanış rəqiblərdir. 3 ən güclü çempionatın təmsilçilərinə qarşı oynayacağıq. Bu kollektivlərin oyunlarını dəfələrlə izləmişik. Bilmirəm ki, ayrı-ayrılıqda hansını digərindən üstün sayım. Madrid “Atletiko”su son 4 ildə 2 dəfə ÇL-nin finalında oynayıb. “Çelsi” və “Roma” da məlumdur. Hər üçü güclü klubdur. Düşünürəm ki, Azərbaycan futbolunu sevdirmək, marağı artırmaq baxımından əlimizə çox böyük şans düşüb. Bu cür klubların Bakıya gəlməsi və “Qarabağ”ın İngiltərə, İspaniya və İtaliyada səfər oyunlarında iştirakı təbliğat baxımından faydalıdır. Elə indidən xarici mediada klubumuz haqda yazılar dərc olunur. “Qarabağ”ın məcburi köçkün komanda olduğu, torpaqların işğal edildiyi vurğulanır. Ümumən, bizim üçün çox böyük uğur oldu.

- Püşkdən öncə “Qarabağ”la eyni qrupa düşməsini arzuladığınız klub vardı?

- Açığı, məndə heç vaxt belə fikir olmayıb. Püşkü gözləmişəm. Çünki istənilən komanda ilə düşə bilərik. Heç vaxt hansısa komandanın düşüb-düşməməsini istəməmişəm.

- Prezident İlham Əliyev avqustun 24-də “Qarabağ”ın kollektivi ilə görüşündə Sizin oyunlar zamanı təmkinli davrandığınızı xüsusi qeyd etdi. Ümumiyyətlə, bu qəbul barədə təəssüratlarınız necədir?

- Çox xoş oldu. Hamı cənab Prezidentin Azərbaycan futbolunu nə qədər izlədiyini, maraqlandığını bir daha gördü və hiss etdi. Elə məni götürək: Prezidentlə ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya “Honka”sını 2:1 hesabı ilə məğlub edib, “play-off”a düşəndən sonra telefon danışığımız oldu. Həmçinin, 2004-cü ilin dekabrında Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə məlum oyundan sonra o, bizi qəbul etdi. İndi də bizimlə görüşdü. Deməli, daim oyunlarımızı izləyir və bizlərə qayğı göstərir. Belə olan halda, biz daha da məsuliyyətli olmaq, işimizə çox vaxt ayırmaq üçün çalışmalıyıq. Bunu etməliyik ki, pillə-pillə irəliləyə bilək. “Qarabağ” olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmalıyıq. Təkcə azarkeşlərin və medianın deyil, prezidentin də oyunlarımızı izləməsi bizə əlavə motivasiya verir, bizi daha da məsuliyyətli edir.

- “Qarabağ”da nail olduğunuz uğurlar və qarşıya qoyduğunuz məqsədlər bəllidir. Bəs şəxsi hədəfiniz nədir: Milli komandada və ya xaricdə baş məşqçi kimi çalışmaq istəyiniz varmı?

- Heç bir şəxsi hədəfim yoxdur. Məqsədim harada olsam, ölkəmizə layiqincə qulluq etməkdir. Vətənin borcunu verməliyik. “Qarabağ”dayamsa, bura ən məsuliyyətli yerdir. Əvvəllər də qeyd etmişəm ki, əsgərlərimizin gecəsi-gündüzü yoxdur. Əsgərlərimiz çox əziyyət çəkir. Adicə aprel döyüşlərində nə qədər oğullarımız dünyalarını dəyişdilər, azyaşlı uşaqlarımız yetim qaldılar. Bizim isə şəraitimiz çox yaxşıdır. Rahat yaşayır, gəzir, istirahət edirik. Hədəfim işimi layiqincə yetirməkdir.

- ÇL-nin qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın təmsil etdiyi Ağdama səfəri gözlənilirmi?

- Özünüz də görürsünüz, qrafik çox sıxdır. Əvvəllər dəfələrlə şərait və imkan olub, getmişik də. Bu gün heç bir söz deyə bilmərəm. Hər şey göz qabağındadır. Futbolçuların durumunu görürsünüz. Ailələrinin yanına gedib, normal istirahət edə bilmirlər. Ona görə də qarşımıza qoyulan belə bir məsələ yoxdur.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024