Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (31-05-2014, 11:49)
Üç nazir bir araya gəldi - Foto

Üç nazir bir araya gəldi - Foto

 

Bu gün Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” İV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsi çərçivəsində sərgi açılıb. 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən sərgidə 15 mart 2014-cü il tarixnindən 10 may 2014-cü il tarixinədək məktəblər arasında keçirilmiş  “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsində iştirak etmiş məktəblilərin əl işləri nümayiş etdirilib. 

Respublikanın bütün şəhər və rayonlarınınn ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın- qəza xilasetmə texnikasının modeli” və “Şeir” nominasiyaları üzrə işlər təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətinin diiqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin Təşkilat Komitəsinə 345 rəsm, 211 plakat, 127 əl işi, 81 model, 67 yumşaq oyuncaq, 63 şeir təqldim olunub. Müsaiiqəyə təqdim olunan işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət Münsiflər HŞeyəti tərəfindən qiymətləndirilib. İştirakçıların birinci yer 23, ikinci yer 32, üçüncü yeri 28 nəfər tutub, 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb. 

Bu gün sərgi çərçivəsində müsabiqənin qalibləri elan olunub, qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tədbirdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və idman naziri Azad Rəhimov da iştirak edir.

Günel

şərh yaz

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024