Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-05-2017, 13:15)
ATƏT PA Qarabağ münaqişəsi ilə bağlı tərəflərə çağırış edir

ATƏT PA Qarabağ münaqişəsi ilə bağlı tərəflərə çağırış edir

 

ATƏT Parlament Assambleyasının iyulun 5-9-da Minskdə keçiriləcək illik sessiyasının gündəliyi açıqlanıb.

Mediatv.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, iyulun 6-da Siyasi məsələlər və Təhlükəsizlik üzrə baş komitənin iclası keçiriləcək.

İclasda İsveçdən olan parlamentar Marqareta Sederfeltin “ATƏT regionunda sülh və rifah naminə qarşılıqlı inamın və əməkdaşlığın artırılması” adlı hesabatı və qətnamə layihəsi müzakirə olunacaq. Hesabat və qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət də qeyd edilərək bildirilir ki, ötən il Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən toqquşma və o zamandan bəri təmas xəttindəki gərginlik ciddi narahatlıq mənbəyidir.

“Minsk qrupu və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik vasitəsilə ATƏT regionda vəziyyəti stabilləşdirmək və hərtərəfli sülh sazişi istiqamətində iş aparmaq üçün Parlament Assambleyası da daxil olmaqla, münaqişənin həll mexanizmlərinin tam potensialından istifadə etməlidir. Biz münaqişənin həlli istiqamətində irəliləyişin olmamasına təəssüf edirik. Növbəti hərbi toqquşmalar və təmas xəttində yeni eskalasiya yaşamamaq üçün tərəflər danışıqlar masasına qayıtmalıdır. İştirakçı ölkələr diplomatik danışıqlara və dialoq təşəbbüsünə mane ola biləcək təktərəfli qərar və zorakılıqlardan çəkinməlidir”,- deyə hesabatda bildirilir.

Sessiyada digər komitələrin də iclasları keçiriləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024