Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-02-2017, 11:46)
BMT TŞ-nin sədri Qarabağla bağlı son vəziyyət haqda: "Xüsusi irəliləyiş görünmür"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür.

Mediatv.az Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko bildirib.

Qeyd edək ki, fevralın 1-dən etibarən Ukrayna bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

V.Yelçenkonun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində fevralın 21-də Avropada münaqişələr ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsini təşkil etmək niyyətindədir.

O bildirib ki, nə qədər təəccüblü olsa da, Avropada təhlükəsizlik və münaqişələr mövzusu və BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir: "Sonuncu dəfə bu məsələyə Yuqoslaviya böhranından sonra Balkanlardakı gərgin vəziyyət zamanı baxılıb. Başqa sözlə, hardasa ötən əsrin 90-cı illərinin ortalarında".

"Bütövlükdə Avropaya baxsaq, bir sıra dondurulmuş münaqişələr var. Onların bəzilərində - Gürcüstanda və ayrıca Abxaziyada ötən əsrin 90-cı illərində BMT nümayəndəliyi və ya BMT missiyası olub. İndi isə bu təsisatlar fəaliyyət göstərmir, bu işlə daha çox ATƏT məşğul olur, bəzən isə ümumiyyətlə, heç kim məşğul olmur. Dondurulmuş Dnestryanı münaqişə var və bu məsələdə uzun illərdir heç bir irəliləyiş yoxdur. ATƏT Minsk Qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi var. O məsələdə də xüsusi irəliləyiş görünmür. Və nəhayət, Donbass problemi var", - deyə V.Yelçenko bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024