Gündəm (26-07-2016, 19:12)
Frank-Valter Ştaynmayer: ''Münaqişələr yenidən qızışmadan həllini tapmalıdır''
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer həll olunmamış münaqişələrin "qaynar" mərhələyə keçənə qədər həllinin vacibliyini bəyan edib.
Mediatv.az "İnterfaks"a istinadən xəbər verir ki, o, bu barədə Moldova baş naziri Pavel Filip ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
"Hazırda ATƏT çox çətin vəziyyətə düşüb. Xeyli sayda yeni problemlər yaranıb, hələ köhnə münaqişələr həllini tapmamış yeni münaqişələr ortaya çıxıb. "Dondurulmuş" adlandırdığımız köhnə münaqişələr heç də dondurulmuş deyil. Bu münaqişələrin hər zaman aktiv qaynar mərhələyə keçid riski var.
Biz bunu Dağlıq Qarabağ münaqişəsi timsalında gördük. Buna görə də ATƏT-in Almaniya sədrliyi bu cür risklərdən yayınmaq üçün "dondurulmuş" münaqişələrin həlli məsələsini qarşıya məqsəd qoyub", - deyə F.-V.Ştaynmayer vurğulayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024