Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-01-2017, 11:45)
Lavrov Dağlıq Qarabağın müstəqilləşdirilməsi ideyasını müdafiə edir - QABİL HÜSEYNLİ

qabil

 

“Rusiya xarici işlər naziri  Sergey Lavrovun söylədiyi “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır” fikri bizim maraqlarımızaa qətiyyən uyğun deyil”.

Mediatv.az xəbər verir ki, bu haqda Gununsesi.info-ya  politoloq Qabil Hüseynli Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinə yönəlik səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Politoloq hesab edir ki,  Rusiya bir-birinin  ardınca öz məkrli niyyətlərini açıqlamağa başlayıb: “Lavrov  açıq surətdə bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil.  Belə deməklə Lavrov çox təhlükəli və Dağlıq Qarabağın müstəqilləşdirilməsi ideyasını müdafiə etdiyini açıqlayır.  Beləliklə də ermənisevərlərin  buna bənzər fikirləri səsləndirməsinin təsadüfü olmadığını görürük.  Qeyd edim ki, bu fikri söyləyən  hər hansı şəxs yox, Rusiyanın xarici işlər naziridir.  Bundan əvvəl isə İrəvanda  Rusiya Dümasının xarici siyasət üzrə komitəsinin sədri bunaoxşar fikirlər bildirmişdi.  Ona görə də bu nəticəyə gəlirik ki, Rusiyanın Dağlıq Qarabağ problemini həll etməkdən “ibarət” planının məğzi Dağlıq Qarabağın müstəqilləşməsi və ya Ermənistana birləşdirilməsinə doğru aparan plandır.  Azərbaycan xarici işlər naziri bununla bağlı çox sərt cavab verib. Azərbaycanın bundan sonra da bu istiqamərdə hərəkətləri davam edəcək. Belə görünür ki, faktiki olaraq, Azərbaycan təkcə Ermənistana qarşı deyil, həm də ATƏT-in üzvü olan Rusiyaya qarşı dayanmalı olacaq. Bir sözlə, vəziyyət kifayət qədər mürəkkəbdir”-,deyə o bildirib.

Qeyd edək ki, yanvarın 17-də  Rusiya xarici işlər naziri Sergey Lavrov  keçirdiyi mətbuat konfransında “Azərbaycan ermənilərin işğal etdiyi ərazilərdə antiterror əməliyyatına, Qarabağ ərazisini işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizləməyə başlasa, Rusiyanın buna münasibəti necə olacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına cavabında deyib ki, bu, artıq hansısa mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır.

O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.

Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: “Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024